Deputatlarımız Belçikaya səfər ediblər

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və deputat Rövşən Rzayev oktyabrın 4-də Belçikanın paytaxtı Brüsselə səfər ediblər.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və deputat Rövşən Rzayev oktyabrın 4-də Belçikanın paytaxtı Brüsselə səfər ediblər. Bu barədə MM-dən verilən məlumata görə, millət vəkilləri Belçika Federal Parlamenti Nümayəndələr Palatasının Xarici əlaqələr komissiyasının üzvləri, Belçikanın Flamand Regionu Parlamentinin sədri, Belçikanın Brüssel-Paytaxt Regionu Parlamentinin vitse-spikeri ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyəti və tərəfli maraqlandıran digər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq. Səfər oktyabrın 7-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31