Nəsimi rayonunda Müəllim günü qeyd olunub

Oktyabrın 4-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllim günü münasibəti ilə rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə bayram tədbiri keçirilib.

Oktyabrın 4-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllim günü münasibəti ilə rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə bayram tədbiri keçirilib. Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat vermişdir. Asif Əsgərov bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. Ulu Öndərimiz öz çıxışlarında hər zaman qeyd etmişdir ki, "Təhsil millətin gələcəyidir", " Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir". Onun siyasətini uğurla dava etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. hər il xeyli təhsil işçisinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdür. Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrinin əsaslı təmiri böyük vüsət almışdır. 
 Tədbirdə iştirak edən təhsil işçisinə rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr və gül dəstələri təqdim olunmuşdur. Nəsimi rayonunda 9 ali, 1 Təhsil Problemləri İnstitutu, 1 kollec, 26 orta, 1 peşə məktəbi, 2 müsiqi məktəbi, 2 xüsusi məktəb, 33 məktəbəqədər tərbiyə müəssisəsi, 7 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31