ETSN-də kadr dəyişikliyi olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası baş geoloqu Ələmdar Piriyev vəzifəsindən azad edilib. Bu barədə APA-ya ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

O bildirib ki, Ələmdar Piriyev Milli Geoloji Kəşfiyyat Xidmətinin Mineral Xammal Elmi Tədqiqat İnstitutunun direktor müavini təyin edilib.

Ə. Qaralov qeyd edib ki, Xidmətin baş geoloqu vəzifəsinə yaxın vaxtlarda təyinatın olması gözlənilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31