ABŞ jurnalistləri Milli Məclisdə olublar
Milli Məclis Sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan ABŞ jurnalisti Raul Loveri Kontreras ilə görüşüb. MM-dən verilən məlumata görə, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Raul Loveri Kontreras bildirdi ki, o, Xocalı soyqırımı haqqında kitabın müəllifidir.
4 Oktyabr 2016 12:57 SosialMilli Məclis Sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan ABŞ jurnalisti Raul Loveri Kontreras ilə görüşüb. MM-dən verilən məlumata görə, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Raul Loveri Kontreras bildirdi ki, o, Xocalı soyqırımı haqqında kitabın müəllifidir. Azərbaycana səfərinin məqsədi isə müasir Azərbaycan haqqında növbəti kitab hazırlamaq üçün ətraflı məlumat toplamaqdır. Bahar Muradova qonağa Azərbaycanın müstəqillik tarixi, Milli Məclisin strukturu, parlamentin səlahiyyətləri, seçki sistemi, seçki kampaniyaları, qadınların ölkənin ictimai-siyasi həyatında rolu, Azərbaycanın multikulturalizm ənənələri barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda qadınların ictimai-siyasi sahədə, seçkili orqanlarda təmsilçiliyi yüksələn dinamika ilə gedir. Qadınlar ölkə həyatının bütün sahələrində yaxından iştirak edirlər. Onlar üçün heç bir məhdudiyyət yoxdur. Söhbət zamanı qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib. Bildirilib ki, Ermənistan Suriyadan qaçqın düşmüş erməniləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirir ki, bu da narahatlıq doğurur. Sonra Milli Məclis Sədrinin müavini Bahar Muradova qonağı maraqlandıran suallara cavab verib.