Gündəm
“Gündəm Xəbər” qəzetinin rəhbəri Şirin Cəfəri həbs olunub
“Gündəm Xəbər” qəzetinin rəhbəri Şirin Cəfəri həbs olunub. Gununsesi.info xəbər verir ki, bu gün səhər saatlarında Ş.Çəfərinin evinə gələn polis əməkdaşları əvvəlcə onun evində axtarış keçiriblər. Bundan sonra əməliyatçılar Ş.Çəfərinin saxlanıldığını bildirib və onu özləri ilə aparıblar. Ş.Çəfərinin xanımı ilə əlaqə saxlanıb. O, faktı təsdiq etsə də yoldaşının hansı səbəbdən saxlanıldığı barədə məlumata malik olmadığını deyib: “Bizə heç nə demədilər. Evdə axtarış apardılar və sonra da Şirini apardılar. Hara apardıqlarını isə demədilər”.
Şagirdlərin nəzərinə- Attestatlar yeni qaydalarla veriləcək
"İsmayıllıya gedib parçalanmış cəsədi çıxartdıq"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi ilə birlikdə ərini güllələyib sonra doğrayaraq basdıran Lalə Mahmudova və sevgilisi Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Kurtlar Vadisi Pusu"nun fanatlarına şad xəbər
"Kurtlar Vadisi Pusu" serialının fanatlarına şad xəbər var. Axşam.az bildirir ki, serialın indiyə qədər yayımlanmış bütün seriyaları "360 TV"də yayımlanacaq. Oktyabrın 10-dan etibarən hər gün bir seriya olmaqla, ekran işinin 13 mövsümü ardıcıl təqdim ediləcək.
Sabahın havası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz təşkil edəcək.
Ceyhun Bayramov: Dərs yükü norması və dərsliklər beynəlxalq standartlara uyğundur
Təhsil Nazirliyi tərəfindən şagirdlərə təqdim olunan dərsliklər, onların çəkiləri və sayı uşaqlar üçün nəzərdə tutulan normadan artıq deyil. Bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.
Qəhrəman əsgərlərin təbliği- Vətənpərvərlik hissini artırır
Gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məsələsində kütləvi informasiya vasitələrinin rolu əvəzsiz olsa da, nədənsə bu sahəyə kifayət qədər diqqət yetirilmir. Azərbaycan mətbuatının kifayət qədər potensialı mövcuddur ki, vətənpərvərlik mövzusunu mütəmadi işıqlandırsın.
Niyə sivil qaydada boşana bilmirik?
Bir sıra dünya ölkələrindən fərqli olaraq Azərbaycanda sivil boşanma prosesinin tətbiqində problemlər yaşanmaqdadır. Bu prosesdə ər, yaxud arvadın suçu eyni səviyyədədir desək, heç də fikrimizdə yanılmarıq. Belə ki, ər müxtəlif səbələrdən boşanmaq qərarına gəlmiş həyat yoldaşına ən çirkin vasitələrlə maneə olmağa çalışır, qadın isə keçmiş ərindən qisas almaq üçün uşaqlardan vasitə kimi istifadə edir.
Bayrağımızı kölgəsində ölə biləcəyimiz qədər sevək...
Bu, doğrudan da belədir. Qəhrəmanlıq simvolu olan bayraq millətin millət olaraq var olmasını sübüt edən, ayaqda durmasına stimul verən bir atributdur. Bayraq millətin qüruru, fəxri, baş tacı və vətənpərvərlik közünü alovlandıran atəşdi. Bayraq hər bir millətin tarixinin xəritəsidi. Bayrağın dəyəri onun parçasının pambıq, atlas və yaxud ipək olması ilə deyil, təmsil etdiyi millətin qiyməti ilə ölçülür. Bayraq həm də dövlətin hakimiyyətini, müstəqilliyini və şərəfini təmsil etdiyi üçün ona sayğı göstərilərək başdan ucada tutulur.
Azərbaycan caz musiqisi Festivalda yüksək qiymətləndirildi
Bir neçə gün davam edən Alanya Beynəlxalq Caz Festivalı əsl musiqi bayrmına çevrilmişdi. Hər axşam qədim qala divarları önündəki Qızıl Qüllə meydanına toplaşan yüzlərlə tamaşaçı müxtəlif ölkələrdən gələn caz ifaçılarnı maraqla dinləyirdilər. Bu dəfə çıxışları mühsifəlr heyəti qiymətləndirmirdi.
Qaçqın düşərgəsinə hücum nəticəsində 20-dən çox əsgər öldürüldü
Niger Respublikasında Malidən olan qaçqınların yerləşdiyi düşərgəyə Boko Haram silahlıları tərəfindən edilmiş hücum nəticəsində 20-dən çox əsgər öldürülüb. AZƏRTAC bildirir ki, hadisə ölkənin Qərbi Thoya rayonunda baş verib.
Türkiyədə 166 polis əməkdaşı saxlanılıb
Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyədə 166 polis əməkdaşı saxlanılıb.
İstanbulda Azərbaycan mətbəxi nümunələri təqdim olunub
Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan “Gateway” şirkəti tərəfindən Türkiyənin İstanbul şəhərində Azərbaycan mətbəxi nümunələrinin tanıtımı məqsədilə “Qardaş süfrəsi” adlı tədbir keçirilib.
Metropolitendə qeyri-qanuni reklam yerləşdirilir
Məlum olduğu kimi, 2014-cü ildə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yarandıqdan sonra metroda bütün növ reklam vasitələri yığışdırılıb. “OLAYLAR”-ın xəbərinə görə, Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, burada əsas məqsəd metro stansiyalarında, qatarlarda pərakəndəliyi aradan qaldırmaq, qanunsuz, insanların zövqünə, təhlükəsizliyinə maneə yaradan reklam vasitələrini yığışdırmaq idi: “Eyni zamanda metro stansiyalarında və qatarlarda təmir-bərpa, yenidənqurma işləri həyata keçirilirdi.
Ceyhan limanından dünya bazarlarına 2 milyon tondan artıq neft çıxarılıb
2016-cı ilin sentyabr ayı ərzində 2 milyon 37 min 633 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 942 min 882 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar- sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi isə 22 milyon 140 min 885 ton olub. Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 313 milyon 334 min 657 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.














