İstanbulda Azərbaycan mətbəxi nümunələri təqdim olunub
Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan “Gateway” şirkəti tərəfindən Türkiyənin İstanbul şəhərində Azərbaycan mətbəxi nümunələrinin tanıtımı məqsədilə “Qardaş süfrəsi” adlı tədbir keçirilib.
7 Oktyabr 2016 12:41 SosialAzərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan "Gateway" şirkəti tərəfindən Türkiyənin İstanbul şəhərində Azərbaycan mətbəxi nümunələrinin tanıtımı məqsədilə "Qardaş süfrəsi" adlı tədbir keçirilib. Bu barədə məlumat "OLAYLAR"-a nazirliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, tədbirdə azərbaycanlı aşbazların hazırladığı Azərbaycanın milli mətbəxinin ləziz təamları təqdim edilib. Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyinin rəhbəri Nurlana Çakmak Azərbaycanın sadəcə neft və qaz ehtiyatları ilə deyil, eyni zamanda tarixi, mədəniyyəti, təbii gözəllikləri və zəngin mətbəxi ilə də tanıtmaq istəyində olduğunu bildirib. O nümayəndəlik tərəfindən ölkəmizin təbliği istiqamətində bir sıra layihələr həyata keçirildiyini bildirmiş və növbəti tədbirin də həyata keçirilməsində məqsəd ölkəmizin milli yeməklərinin də qardaş ölkədə geniş yayılması və tanıdılması olmuğunu qeyd edib.