Gündəm
Vergilər Nazirliyində kadr dəyişiklikləri
Orxan Musayev Vergilər Nazirliyi yanında Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən təyin edilib.
Biabırçılıq: Türkiyədə erməni “ziyalıları”nın adları əbədiləşdirilir
PKK-nın siyasi qanadı olan Xalqların Demokratik Partiyası Türkiyədə ermənilərin maraqlarına xidmət edən addımlar atır. “OLAYLAR”-ın Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mücadilə Dərnəyinə (ASİMDER) istinadən verdiyi xəbərə görə, HDP-nin nəzarətində olan bələdiyyə ərazilərində erməni “ziyalılar”ın adlarının əbədiləşdirilməsi istiqamətində işlər görülür. Belə ki, bələdiyyə ərazilərinə aid küçə və meydanlara erməni yazıçı və şairlərinin adları verilir. Həmçinin HDP-nin nəzarətində olan bələdiyyələrdəki marketlər, iaşə obyektləri üzərinə erməni dilində də tanıtım löhələri vurulur. Qeyd edək ki, ASİMDER rəhbəri Göksəl Gülbey HDP-nin bu addımna qarşı kəskin etirazını bildirib.
Gürcüstana gedən azərbaycanlı turistlərlə bağlı qeyri-dəqiq statistika
Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi cari ilin 9 ayı ərzində ölkəyə gələn turistlərin sayı ilə bağlı statistikanı açıqlayıb. Nazirliyin yaydığı açıqlamada qeyd olunub ki, mövsüm ərzində qonşu ölkəyə ən çox turist məhz Azərbaycandan gedib və bu göstəriciyə görə Azərbaycan ilk sırada yer alıb. Məlumata görə, bu ilin 9 ayı ərzində Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 180 min nəfər olub.
Daha 2 yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, oktyabrın 7-də Beyləqan rayonunun Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinə ilk dəfə təbii qaz verilib. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 524 abonenti olan Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 12591 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bakıda peşə standartları mövzusunda seminar keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa Təlim Fondunun birgə təşkilatçılığı ilə “Avropa İttifaqının Azərbaycanda insan kapitalının inkişafına və bacarıqlarına dəstəyi: peşə standartları və bacarıqlar” mövzusunda seminar keçirilib. Seminarda məqsəd ölkəmizdə peşə standartlarının hazırlanması, təsdiqi və tətbiqi ilə bağlı mövcud vəziyyətin öyrənilməsi, bu sahədə qarşıda duran məsələlərin sosial dialoq şəraitində həlli yollarının müzakirə edilməsi olub.
Yeni iqtisadi şəraitdə başlanan islahatlar ....
Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsindən sonra hökumətin qısa müddət ərzində ölkədə həyata keçirdiyi tədbirlər, iqtisadi sahədə atılan addımlar Azərbaycana böhranın minimum səviyyədə təsiri ilə nəticələndi. Dərin iqtisadi və maliyyə böhranı real antiböhran tədbirləri nəticəsində aradan qaldırılsa da, lakin hökumət buna baxmayaraq dayanmaq, görülən işlərə nöqtə qoymaq fikrində və niyyətində deyil. Elə bu səbəbdən də müntəzəm olaraq iqtisadi və sosial sahəyə aid olan addımlar atılır.
Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq cəhdləri var
Müntəzəm olaraq Azərbaycan-Türkiyə dostluq və qardaşlığına zərbə vurmağa, iki ölkə arasında inciklik, problem yaratmağa cəhdlər göstərilir. Bu günlərdə bilərəkdən, yaxud bilməyərəkdən növbəti bir təxribat xarakterli fikir ortaya atılıb. Belə ki, bir neçə gündür Türkiyənin Kəlbəcərin işğalı zamanı Azərbaycana helikopter vermədiyi məsələsi barədə müzakirələr aparılır.
Vahid Əhmədov: “Şura ölkəmizin dayanıqlı inkişafını təmin edəcək”
Ölkə başçısının sərəncamı əsasında yaradılan komissiya və şuralar ölkəmizin inkişafında böyük əhəmiyyət kəsb edir. Dövlət rəhbərinin ötən gün imzaladığı sərəncamı əsasında yaradılacaq Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası da onlardan biri olacaq”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Türkiyə Zakir Qaralova siyahı verdi - FETÖ-çülərin adları var...
Türkiyə Ali Məhkəməsi FETÖ-ya qarşı cinayət işi açan Azərbaycana önəmli sənədlər göndərib.
Məşhur göl ekoloji fəlakət təhlükəsi qarşısınadadır
Dünyanın aparıcı limnoloqları (limnologiya göllərin və digər su hövzələrinin fiziki, kimyəvi və bioloji aspektləri haqqında elmdir) Rusiyanın İrkutsk Dövlət Universitetinin (İDU) Biologiya İnstitutunun tədqiqatçıları ilə birlikdə Baykal gölündə ekoloji böhranın sürətlənməsindən narahatdırlar.
BMT təmsilçisi “Ən-Nüsra” yaraqlılarına yalvarır: əhalini qırdırmayın, Hələbdən çıxın...
Bu gün BMT Təhlükəsizlik Şurası növbədənkənar toplantı keçirib Suriya məsələsini müzakirə edəcək. BMT Hələbin bombalanmasını dayandırmaqdan ötrü islamçı yaraqlıları yola gətirməyi, onların şəhərdən çıxmasına nail olmağı təklif edir.
Türkiyə XİN rəsmisi: “ABŞ tez bir zamanda Fətullah Güləni Türkiyəyə təhvil verməlidir”
"Türkiyə qısa müddət ərzində həm separatçı terrorçular, həm də FETÖ terroru ilə mübarizədə böyük uğurlar əldə edib".
Ukrayna səfiri: "Azərbaycanda ukraynalıların hüquqları pozulur"
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Azərbaycanın baş prokuroru Zakir Qaralovla görüşüb. "Report" xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında hüquq-mühafizə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. O cümlədən, Ukraynada Azərbaycan əsilli Ukrayna vətəndaşlarına, eləcə də bu ölkədə biznesi olan Azərbaycan vətəndaşlarına qarşı törədilən məlum qanun pozuntuları faktları ilə bağlı vəziyyət müzakirə olunub.
Washington Times: "Roma Papasının Azərbaycana səfəri vacib siqnaldır"
Roma Papası Fransiskin müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycana səfəri bütün dünya üçün vacib siqnaldır. Trend bildirir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun "Washington Times" nəşrində dərc edilən məqaləsində deyilir.
"ABŞ tez bir zamanda Fətullah Güləni Türkiyəyə təhvil verməlidir"
"Türkiyə qısa müddət ərzində həm separatçı terrorçular, həm də FETÖ terroru ilə mübarizədə böyük uğurlar əldə edib". Virtualaz bildirir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Rəsul Usul deyib.














