Daha 2 yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, oktyabrın 7-də Beyləqan rayonunun Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinə ilk dəfə təbii qaz verilib. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 524 abonenti olan Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 12591 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, oktyabrın 7-də Beyləqan rayonunun Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinə ilk dəfə təbii qaz verilib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş mərasimdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 524 abonenti olan Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 12591 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31