Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq cəhdləri var

Müntəzəm olaraq Azərbaycan-Türkiyə dostluq və qardaşlığına zərbə vurmağa, iki ölkə arasında inciklik, problem yaratmağa cəhdlər göstərilir. Bu günlərdə bilərəkdən, yaxud bilməyərəkdən növbəti bir təxribat xarakterli fikir ortaya atılıb. Belə ki, bir neçə gündür Türkiyənin Kəlbəcərin işğalı zamanı Azərbaycana helikopter vermədiyi məsələsi barədə müzakirələr aparılır.

Müntəzəm olaraq Azərbaycan-Türkiyə dostluq və qardaşlığına zərbə vurmağa, iki ölkə arasında inciklik, problem yaratmağa cəhdlər göstərilir. Bu günlərdə bilərəkdən, yaxud bilməyərəkdən növbəti bir təxribat xarakterli fikir ortaya atılıb. Belə ki, bir neçə gündür Türkiyənin Kəlbəcərin işğalı zamanı Azərbaycana helikopter vermədiyi məsələsi barədə müzakirələr aparılır.

Məsələ ilə bağlı fikirlərini bölüşən Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədrinin müavini, politoloq Nazim Cəfərsoy deyib ki, Azərbaycan mediyasından bəziləri də bunu həvəslə və yeni bir şey kəşf olunmuş kimi yazırlar: "Bu barədə ictimaiyyətin diqqətinə bir neçə mühüm məqamı çatdırıram: Əslində bilən bilir, amma bilməyənlər də bilsin ki, Qarabağ məsələsində Azərbaycanı hər mənada ən çox dəstəkləyən Türkiyə olub. Bu dəstək Türkiyədə və Azərbaycanda iqtidarda kimin olmasından asılı olmayaraq, həm açıq, həm də gizli formada həmişə özünü göstərib. Şübhəsiz bu prosesdə hər iki tərəfin müəyyən səhvləri olub. Kəlbəcərdə helikopter verməmək məsələsi də rəsmi Ankaranın o səhvləridən biridir və bu məsələni hələ 2001-ci ildə çıxan "Elçibey İktidarının Dış Politikası" kitabımda qeyd etmişəm. Ancaq Rusiya, İran, Birləşmiş Ştatlar və digərləri ilə müqayisədə Türkiyənin Qarabağ mövqeyi onların toplamının bütün "müsbət" cəhdlərinin toplamından dəfələrlə çoxdur. Və kimin nəyi etməsindən asılı olmayaraq Azərbaycan Qarabağ məsələsində Türkiyənin bizə dəstəyini heç bir zaman unutmayacaq. Bakının xilasını unutmadığı kimi". Maraqlı sual ondan ibarətdir ki, , bəs bu məsələ niyə indi gündəmə gəlib? Yəni Kəlbəcərin işgalının il dönümü deyil. Yaxud bu barədə sensasiya doğuran bir açıqlama da yoxdur. Digər tərəfdən mərhum Elçibəyin bu barədə açıqlamaları da yeni deyil. Nazim Cəfərsoy qeyd edir ki, təkcə Türkiyə deyil, digər qonşular Rusiya və İranın da Kəbəcər hadisəsində helikopter vermədiyi bilinir: " Elə videoda da mərhum Elçibəy bu mövzunu bir neçə dəfə vürğulayır. Ancaq nədənsə bu polemika Türkiyə üzəridən davam etdirlir. Məncə bu Kəlbəcər hadisəsini dövriyyəyə buraxanların iki əsas məqsədi var. Birincisi, Qarabag məsələsində müəyyən müzakirələr aparılır və biriləri bu müzakirdə aprel hadisələrindən sonra müəyyən mövqe üstünlüyünə malik Azərbaycanın mövqeyini zəiflətmək istəyirlər. Verilən məsaj isə budur. Qarabağ məsələsində yalnızsınız, hətta Türkiyə belə sizin yanınızda deyil. Baxın Kəlbəcər də bunun nümunəsidir. İkincisi, bu xəbəri dövriyyəyə buraxanlar Türkiyə-Azərbaycan münasibətlərinin sabotajını istəyənlərdir. Bəziləri də küyə gedərək bu təbilgatın parçasına çevrilirlər. Bildiyiniz "boz təbliğat" (doğru ilə yanlışları bir arada vermək) əməliyatının tələsinə düşürlər. Bu məsələdə Azərbaycan cəmiyyətinin ən həssas olduğu məsələ Qarabag üzəridən Türkiyəyə zərbə vurmaqdır. Həm də Türkiyə sevgisi ilə bilinən Elçibəy vaistəsiylə. Beləcə Azərbaycan-Türkiyə münasibətlərindəki inkişafı dayandırmaq və zəhərləmək, yeni regonal tarazlıqda hər iki ölkənin mövqeyini mümkün dərəcədə zəiflətməyə çalışırlar".KAFKASSAM rəsmisi onu da qeyd edib ki, bütün cəhdlərə baxmayaraq Azərbaycan-Türkiyə münasibətləri getdikcə istiləşir: "Ancaq gündəmədəki mövzular iki ölkə münasibətlərini pozucu xarakterə malik müzakirələrlə davam edir və həm də bu müzakirələr "kim haqlıdır" dozasında davam edir: Osmanlı-Səfəvi müzakirəsi, Kəlbəcər məsələsi. Bir ara "Türkiyə Azərbaycanın daxili işlərinə qarşır" söhbəti vardı. Maraqlıdır ki, o tənqidi edənlərin çox ciddi bir hissəsi həmişə müxtəlif motivasiyalarla Qərbin, Rusyanın və İranın Azərbaycanın daxili işlərinə qarşımasını istəyənlər idi. Yaxında hər iki tərəfdə viza və Kipr məsələsi də olmaq üzrə problem yaradan mövzular gündəmə gələcək. Çünki məqsəd Azərbaycan-Türkiyə münasibətlərini hər vəclə pozucu fəaliyətlər etməkdir". Nazim Cəfərsoyun sözlərinə görə, Kəlbəcər xəbərini 23 il aradan sonra dövriyəyə buraxanlar isə həm Qarabağ məsləsində daha güclü mövqeyə malik olmamızı istəməyən, həm də getdikcə daha geniş vüsət alan Azərbaycan-Tükiyə münasibətlərindən narahat olanlardır: "Ətrafınıza baxın və o sifarişçiləri görəcəksiniz. Həm Türkiyə, həm də Azərbaycan yetkililərindən, fikir adamlarından, medya nümayəndələrindən və dostlardan xahişim odur ki, Kəlbəcər məsələsində və digər məsələlərdə bu məqama daha çox diqqət etsinlər".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31