Gürcüstana gedən azərbaycanlı turistlərlə bağlı qeyri-dəqiq statistika
Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi cari ilin 9 ayı ərzində ölkəyə gələn turistlərin sayı ilə bağlı statistikanı açıqlayıb. Nazirliyin yaydığı açıqlamada qeyd olunub ki, mövsüm ərzində qonşu ölkəyə ən çox turist məhz Azərbaycandan gedib və bu göstəriciyə görə Azərbaycan ilk sırada yer alıb. Məlumata görə, bu ilin 9 ayı ərzində Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 180 min nəfər olub.
7 Oktyabr 2016 14:47 SosialGürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi cari ilin 9 ayı ərzində ölkəyə gələn turistlərin sayı ilə bağlı statistikanı açıqlayıb. Nazirliyin yaydığı açıqlamada qeyd olunub ki, mövsüm ərzində qonşu ölkəyə ən çox turist məhz Azərbaycandan gedib və bu göstəriciyə görə Azərbaycan ilk sırada yer alıb. Məlumata görə, bu ilin 9 ayı ərzində Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 180 min nəfər olub.
"OLAYLAR"-ın əldə etdiyi məlumata görə isə, Gürcüstana turist kimi səfər edən azərbaycanlıların sayının əslində 180 min nıfər göstərilməsi real deyil. Azərbaycanlıların böyük əksəriyyəti Gürcüstana turist kimi deyil, bu ölkədə yaşayan qohum-əqrəbalarına baş çəkmək üçün qonşu respublikaya səfər edib. Bir qədər də konkretləşdirsək 180 min nəfər turistin çoxunu Gürcüstan azərbaycanlıları təşkil edir.