Azərbaycan caz musiqisi Festivalda yüksək qiymətləndirildi

Bir neçə gün davam edən Alanya Beynəlxalq Caz Festivalı əsl musiqi bayrmına çevrilmişdi. Hər axşam qədim qala divarları önündəki Qızıl Qüllə meydanına toplaşan yüzlərlə tamaşaçı müxtəlif ölkələrdən gələn caz ifaçılarnı maraqla dinləyirdilər. Bu dəfə çıxışları mühsifəlr heyəti qiymətləndirmirdi.

Bir neçə gün davam edən Alanya Beynəlxalq Caz Festivalı əsl musiqi bayrmına çevrilmişdi. Hər axşam qədim qala divarları önündəki Qızıl Qüllə meydanına toplaşan yüzlərlə tamaşaçı müxtəlif ölkələrdən gələn caz ifaçılarnı maraqla dinləyirdilər. Bu dəfə çıxışları mühsifəlr heyəti qiymətləndirmirdi. Sayca on üçüncü olan ənənəvi caz festivalına onsuz da seçilmişlər dəvət almışdı. İştirakçıların hər biri yaşından asılı olmayaraq artıq peşəkar sənətçi kimi tanınan insanlar idi. Festivalın son gecəsi "Azərbycan günü" olaraq qonaqlara təqdim edildi. Bu tədbir bəzi özəllikləri ilə diqqət kəçdi. Həmin axşam festivalın türk aparıcıları Sema Emek və Yasin Kınayla bərabər azərbaycanlı həmkarları Aysel Nazim də səhnəyə çıxıb konserti birlikdə idarə etdilər. Tamaşaçıları Azərbaycan nümayəndələri adından salamlayan Aysel Nazim öncə böyük ekranda ATV kanalının hazırladığı tanıtım video filminə baxmağa çağırdı. Bunu Azərbaycana qiyabi səyahət də adlandırmaq olardı. Qısa müddətdə qonaqlar Azərbaycanın təbiəti, tarixi abidələri, musiqisi, rəqsi, milli mətbəxi barədə kifayət qədər ətraflı təsəvvürə malik oldular. Bakıda keçirilən beynəlxalq tədbirlərin möhtəşəm açılış mərasimlərini gördülər. Filmin sonunda aparıcı bütün bu gözəllikləri gözüylə görmək istəyənləri Azərbaycana dəvət etməyi də unutmadı. Sonra səhnəyə Alanya bələdiyyə başqanı Adəm Yücel, Azərbaycanın millət vəkilləri Nizami Cəfərov, Qənirə Paşayeva, Musa Qasımlı və Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafında xüsusi əməyi olan tanınmış telejurnalist, ATV Müstəqil teleradio şirkətinin Bədii Şura sədri Etibar Babayev dəvət olundu. Adəm bəy Festival çərçivəsində "Azərbaycan günü" keçirilməsinin əhəmiyyətini açıqladı. Bələdiyyənin dəvətini qəbul edib Alanyaya gələn millət vəkillərinə təşəkkürünü bildirdi. Azərbaycanla Türk dostluğunun əbədi və sarsılmaz olduğunu söyləyən bələdiyyə başqanı Adəm Yücel belə səfərlərin, tədbirlərin qarşılıqlı faydasından danışdı. Millət vəkilləri N.CƏfəvov, Q.Paşayeva, M.Qasımlı çıxışlarında ev sahiblərinə təşəkkürlərini bildirməklə yanaşı, bu dostluğun, qardaşlığın daha da möhkəmlənməsi üçün gələcəkdə də əllərindən gələni əsirgəməyəcəklərini söylədilər. Salonda müxtəlif xalqların nümayəndələrinin iştirakını nəzərə alan natiqlər hər kəsi bir daha sülhə, barışa, dostluğa, qarşılıqlı əməkdaşlığa səslədilər. Bu çağırışlara tamaşaçılar sürəkli alğışlarla həmrəylik nümayiş etdirdilər.

Sonra sənhəyə gənc bəstəkar və pianoçu Etibar Əsədlinin rəhbərliyi ilə Ruslan Hüseynov və Elvin bəşirovdan ibarət caz qrupu dəvət olundu. Bu üçlüyün ifasında səslənən royal, zərb alətləri və bas gitara səhnədə bir orkestr qədər emosional təsirə malik idi. Mahir tarzən Şəhriyar İmanovun səhnədə görünməsi

öncə bir qədər təəccüblə qarşılandı. Milli musiqi aləti olan tar hara, caz musiqisi hara, deyə düşünənlər yəqin ki, az olmadı. Şəhriyar isə səhnədə soyuqqanlı dayanaraq Etibar Əsədlinin ifasını dinləyir və müdaxilə etməyə tələsmirdi. Elə ki, məqamı yetişdi, o da üçlüyün yaratdığı əzəmətli musiqi lövhəsinə öz naxışlarını vurmağa başlayaraq hamını heyran qoydu. Bəli, o tarın imkanlarını avropalılara tanıtdı. Öz məharəti ilə bir çoxunun ilk dəfə gördüyü musiqi alətinin qüdrətini nümayiş etdirdi. Bir qədər sonra royal arxasındakı Etibarla ayaq üstündə dayanıb tarı bağrına basan Şəhriyarın deyişməsinin tamaşaçıda yaratdığı ovqatı ifadə etmək çox çətindir. Bunu ancaq kənardan izləmək və istedadlı gənclərin böyük uğuruna sevinmək olardı. O gecə səslənən bütün mahnıların yeganə ifaçısı isə gənc müğənni Samirə Əfəndiyeva idi. O, xarici ölkədə belə mötəbər səhnədə ilk dəfə çıxış edirdi. Təbii ki, həyəcanlanırdı, təlaşı gözdən yayınmırdı. Amma bəlkə də elə bu hiss onun fitri istedadını bir qədər də səfərbər edib səhnədə cəsarətini artırırdi. Samirənin çətinliyi səhnəyə çıxana, mikrafonu əlinə alana kimi idi. Sonra onun özü də səhnədə dalğalanan ecazkar musiqinin qoynuna atılıb elə ustalıqla üzür, elə məharətlə süzürdü ki, ifasını qitymətləndirən tamaşaçıların alqış sədaları belə qulağna yetişmirdi. Samirənin üzü gülürdü və gülüşündən həm özünün, həm də qədirbilən tamaşaçıların hər birinin qəlbinə pay düşürdü.

İki saat davam edən konsert böyük müvəffəqiyyətlə başa çatdı. Bir daha qeyd edək ki, Festivalı tanınmış türk aparıcıları Səma Emek və Yasin Kınay idarə etsələr də "Azərbaycan günü"ndə olara azərbaycanlı həmkarları Aysel Nazim də qatılmışdı. Alanya bələdiyyə başqanı Adəm Jücel səhnəyə çıxaraq musiqiçilərə dərin minnətdarlığını bildirdi. Festival çərçivəsində "Azərbaycan günü" layihəsinin hazırlığında yaxından iştirakına görə ATV Müstəqil teleradio şirkətinə də təşəkkürünü yetirdi. ATV kanalının Azərbaycanla Türkiyə arasında dostluq əlaqələrinin möhməklənməsindəki fəaliyyətini yüksək qiymətləndirən Adəm bəy gələcəkdə də Azərbaycanın media mənsubları ilə sıx əməkdaşlığa hazır olduqlarını söylədi.

Festivalın gedişini geniş işıqlandıran Türk mətbuatı Azərbaycan caz ustalarının Beynəlxalq festivaldakı çıxışını yüksək qiymətləndirildi.

Aynur Nəriman qızı

Alanya

Xüsusi olaraq "OLAYLAR" üçün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31