Ceyhan limanından dünya bazarlarına 2 milyon tondan artıq neft çıxarılıb
2016-cı ilin sentyabr ayı ərzində 2 milyon 37 min 633 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 942 min 882 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar- sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi isə 22 milyon 140 min 885 ton olub. Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 313 milyon 334 min 657 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
7 Oktyabr 2016 12:36 Sosial2016-cı ilin sentyabr ayı ərzində 2 milyon 37 min 633 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 942 min 882 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar- sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi isə 22 milyon 140 min 885 ton olub. Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 313 milyon 334 min 657 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.