Metropolitendə qeyri-qanuni reklam yerləşdirilir
Məlum olduğu kimi, 2014-cü ildə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yarandıqdan sonra metroda bütün növ reklam vasitələri yığışdırılıb. “OLAYLAR”-ın xəbərinə görə, Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, burada əsas məqsəd metro stansiyalarında, qatarlarda pərakəndəliyi aradan qaldırmaq, qanunsuz, insanların zövqünə, təhlükəsizliyinə maneə yaradan reklam vasitələrini yığışdırmaq idi: “Eyni zamanda metro stansiyalarında və qatarlarda təmir-bərpa, yenidənqurma işləri həyata keçirilirdi.
7 Oktyabr 2016 12:38 SosialMəlum olduğu kimi, 2014-cü ildə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yarandıqdan sonra metroda bütün növ reklam vasitələri yığışdırılıb. "OLAYLAR"-ın xəbərinə görə, Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, burada əsas məqsəd metro stansiyalarında, qatarlarda pərakəndəliyi aradan qaldırmaq, qanunsuz, insanların zövqünə, təhlükəsizliyinə maneə yaradan reklam vasitələrini yığışdırmaq idi: "Eyni zamanda metro stansiyalarında və qatarlarda təmir-bərpa, yenidənqurma işləri həyata keçirilirdi. Artıq ötən ildən metro stansiyalarında qanunvericiliyin tələbləri qorunmaqla müasir standartlara cavab verən reklam vasitələrindən istifadə olunur. Görülmüş tədbirlər nəticəsində artıq mertopoliten ərazisində razılaşdırılmamış reklam vasitələrinin yerləşdirilməməsi təmin edilib. Buna baxmayaraq bəzən qanunsuz reklam vasitələrindən istifadəyə cəhd edən şirkətlər də aşkarlanır". Nəsimi Paşayev deyib ki, oktyabrın 3-də metro qatarında İxlas su şirkətinə məxsus reklam vasitələrinin yapışdırılmasına rast gəlinib: "Həmin reklam vasitələri vaqon qapısının üst hissəsində yerləşdirilmiş metropoliten xətlərinin sxeminin üzərinə yapışdırılıb. Təbii ki, bu yolverilməzdir və eyni zamanda dövlət əmlakına zərər vurulması deməkdir. Artıq "Bakı Metropoliteni" QSC məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Fakt Bakı Metropolitenində Polis şöbəsi tərəfindən araşdırılır".