Gündəm

Bu ilin 9 ayı ərzində ölkəmizə gələn xarici turistlərin sayı 2 milyona yaxın olub

7 Oktyabr 2016 12:35

2016-cı ilin 9 ayı ərzində ölkəmizə gələn xarici turistlərin sayı 1 719 015 nəfərə çatıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bununla da keçən ilin müvafiq dövrü ilə müqayisədə 169 430 nəfər (10.9%) çox olub. Cari ilin 9 ayı ərzində təkcə BƏƏ-dən Azərbaycana səyahət edənlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 34 dəfə artım müşahidə edilib. Digər tərəfdən, keçən ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində Rusiya Federasiyası (7.6%), Qazaxıstan (17.2%), İran (62.9%) və s. ölkələrdən Azərbaycana gələn turistlərin sayında artım baş verib. Bununla yanaşı, yay mövsümü ərzində ölkə daxilində istirahət edən turistlərin sayında da artım müşahidə edilmişdir. Belə ki, 2016-cı ilin yay mövsümü ərzində ölkəmizin regionlarında istirahət edən yerli və xarici turistlərin sayı 751 353 nəfər olub, bununla da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 23.5% artıb.

Narkotiklərə nəzarət sahəsində "Ölkə Məruzəsi” BMT-yə təqdim olunub

7 Oktyabr 2016 12:33

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tapşırığına uyğun olaraq, Nazirlər Kabineti Aparatının Hərbi və inzibati orqanlar şöbəsinin müdiri, Dövlət Komissiyasının üzvü Elman Gərayzadə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin rəhbəri xanım Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Koordinasiya Komitəsinin iclası keçirilib

7 Oktyabr 2016 12:31

Qazaxıstanın paytaxtı Astanada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Koordinasiya Komitəsinin növbəti iclası keçirilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, Qazaxıstan Dəmir Yolunun təşkilatçılığı ilə keçirilən tədbirdə Koordinasiya Komitəsinə üzv ölkələrin dəniz və dəmir yolu nəqliyyat qurumlarının, dəniz limanlarının rəhbərləri iştirak ediblər.

Prezident İlham Əliyev Putini təbrik edib

7 Oktyabr 2016 12:27

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng etmişdir.

Şair Gülağa Tənha Akif Çovdarovun işində zərərçəkən şəxsə 19,5 milyon dollar verdiyini deyib

7 Oktyabr 2016 12:15

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Rusiyanın məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllində kompromisə çatmaqdır

7 Oktyabr 2016 12:13

Rusiya həm Azərbaycanla, həm də digər ölkələrlə hərbi-texniki əməkdaşlıq edir. Azərbaycana silah satanda ermənilər narazılıq edir.

Keçən ay BTC kəməri ilə 2,1 milyon ton Azərbaycan nefti nəql olunub

7 Oktyabr 2016 12:09

Cari ilin sentyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 55 min 791 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, yanvar- sentyabr aylarında bu kəmərlə 22 milyon 43 min 322 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il oktyabr ayının 1-ə qədər BTC-yə 314 milyon 915 min 856 ton neft vurulub. Bundan başqa, 2016-cı ilin sentyabr ayında BTC kəməri ilə 374 min 160 ton Türkmənistan nefti nəql olunub.

Gənclər dini radikalizmə "YOX!" deyir

7 Oktyabr 2016 12:08

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı əsasında Şirvan şəhərində yeniyetmə və gənclərin iştirakı ilə “Gənclər dini radikalizmə "YOX!" deyir” mövzusunda maarifləndirici seminar keçirilib.

Elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

7 Oktyabr 2016 12:07

Oktyabrın 8-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək. “OLAYLAR”-ın “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən verdiyi xəbərə görə, buna səbəb Biləcəri-Keşlə mənzilinin tək yolunda təmas şəbəkəsinin əsaslı təmiridir.

Qazaxıstanda “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndəliyi açılıb

7 Oktyabr 2016 12:05

Qazaxıstanın paytaxtı Astanada “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndəliyi açılıb. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Daha bir təhsil müəssisəsi əsaslı təmirdən sonra istifadəyə verilib

7 Oktyabr 2016 12:03

2 nömrəli Gəncə Peşə Liseyinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və şagirdlər iştirak ediblər.

Ermənilər iriçaplı silahlara keçdi

7 Oktyabr 2016 12:01

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

7 Oktyabr 2016 11:50

Azərbaycan prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Türkiyə Avropa İttifaqından 3 milyard avronu tələb edir

7 Oktyabr 2016 11:46

Ankara Avropa İttifaqının miqrasiya sazişi ilə nəzərdə tutulmuş 3 milyard avronu yubatmadan Türkiyəyə köçürəcəyinə ümid edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu dünən Ankarada mətbuat-konfransında Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. “Biz Aİ ilə bir-biri ilə əlaqəli üç saziş imzalamışıq.  Üç milyard avro gecikdirmədən  köçürməlidir. Biz Aİ-dən cavab gözləyirik. Sazişlərimizi icra etməyə çağırırıq. Gəlin hamımızda narahatlıq yaradan prosesin qurbanı olmayaq”, - deyə nazir bildirib.   

ABŞ eksperti: Aprel hadisələrindən sonra Birləşmiş Ştatlar oyandı

7 Oktyabr 2016 11:43

“Azərbaycan inkişaf etməkdə davam edir. Həmçinin Azərbaycan güclü ordu yaratmağı bacarıb”. Trend-in məlumatına görə, bunu Ceymstaun Fondunun prezidenti Qlen Hovard bu gün “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş konfransda deyib.