Türkiyə Avropa İttifaqından 3 milyard avronu tələb edir

Ankara Avropa İttifaqının miqrasiya sazişi ilə nəzərdə tutulmuş 3 milyard avronu yubatmadan Türkiyəyə köçürəcəyinə ümid edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu dünən Ankarada mətbuat-konfransında Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. “Biz Aİ ilə bir-biri ilə əlaqəli üç saziş imzalamışıq.  Üç milyard avro gecikdirmədən  köçürməlidir. Biz Aİ-dən cavab gözləyirik. Sazişlərimizi icra etməyə çağırırıq. Gəlin hamımızda narahatlıq yaradan prosesin qurbanı olmayaq”, - deyə nazir bildirib.   

Ankara Avropa İttifaqının miqrasiya sazişi ilə nəzərdə tutulmuş 3 milyard avronu yubatmadan Türkiyəyə köçürəcəyinə ümid edir. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu dünən Ankarada mətbuat-konfransında Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. "Biz Aİ ilə bir-biri ilə əlaqəli üç saziş imzalamışıq.  Üç milyard avro gecikdirmədən  köçürməlidir. Biz Aİ-dən cavab gözləyirik. Sazişlərimizi icra etməyə çağırırıq. Gəlin hamımızda narahatlıq yaradan prosesin qurbanı olmayaq", - deyə nazir bildirib.   

Qeyd edək ki, bu ilin martında Aİ üzvü olan 28 ölkənin liderləri və Türkiyənin o zamankı baş naziri Əhməd Davudoğlu "Balkan marşrutu" üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qanunsuz  miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya sazişinin altı prinsipini razılaşdırıblar. Plana əsasən, Türkiyə qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir. Bunun müqabilində Türkiyə ilə viza rejiminin sadələşdirilməsi və Aİ-yə üzvlük üzrə danışıqların tezləşdirilməsi, həmçinin, 3 mlrd avro vəsaitin ayrılması nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31