Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Koordinasiya Komitəsinin iclası keçirilib
Qazaxıstanın paytaxtı Astanada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Koordinasiya Komitəsinin növbəti iclası keçirilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, Qazaxıstan Dəmir Yolunun təşkilatçılığı ilə keçirilən tədbirdə Koordinasiya Komitəsinə üzv ölkələrin dəniz və dəmir yolu nəqliyyat qurumlarının, dəniz limanlarının rəhbərləri iştirak ediblər.
7 Oktyabr 2016 12:31 SosialQazaxıstanın paytaxtı Astanada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Koordinasiya Komitəsinin növbəti iclası keçirilib. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, Qazaxıstan Dəmir Yolunun təşkilatçılığı ilə keçirilən tədbirdə Koordinasiya Komitəsinə üzv ölkələrin dəniz və dəmir yolu nəqliyyat qurumlarının, dəniz limanlarının rəhbərləri iştirak ediblər. Azərbaycanı tədbirdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev, Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov və digər rəsmi şəxslər təmsil ediblər. "Qazaxıstan Dəmir Yolu" SC-nin sədri Kanat Alpısbayevin sədrliyi ilə keçən iclasda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) Koordinasiya Komitəsinin hüquqi şəxslər birliyinin yaradılması, TBNM Koordinasiya Komitəsinin təsis sazişinin imzalanması, TBNM Koordinasiya Komitəsinin hüquqi şəxslər birliyinin Nizamnaməsinin təsdiq edilməsi, TBNM Koordinasiya Komitəsinin hüquqi şəxslər birliyinin dövlət orqanlarında qeydiyyata alınması ilə bağlı maraqlarını təmsil etmək üçün səlahiyyətli təşkilatların seçilməsi məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul olunub. İclasda həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli fəaliyyəti üçün böyük potensialın mövcudluğu qeyd edilib, daşımaların effektivliyinin artırılması və qarşılıqlı əlaqələndirmə işlərinin operativ təşkilinin əhəmiyyəti vurğulanıb.