Narkotiklərə nəzarət sahəsində "Ölkə Məruzəsi” BMT-yə təqdim olunub

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tapşırığına uyğun olaraq, Nazirlər Kabineti Aparatının Hərbi və inzibati orqanlar şöbəsinin müdiri, Dövlət Komissiyasının üzvü Elman Gərayzadə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin rəhbəri xanım Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tapşırığına uyğun olaraq, Nazirlər Kabineti Aparatının Hərbi və inzibati orqanlar şöbəsinin müdiri, Dövlət Komissiyasının üzvü Elman Gərayzadə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin rəhbəri xanım Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. "OLAYLAR"-ın Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, görüş zamanı nümayəndə heyətinə ölkəmiz və Dağlıq Qarabağ problemi, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi problemi ilə Azərbaycan müstəqillik əldə etdikdən sonra ciddi mübarizə aparıldığı barədə geniş məlumat verilib. Həmçinin Dovlət Komissiyasının İşçi qrupu tərəfindən azərbaycan və ingilis dillərində hazırlanmış "Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində Ölkə Məruzəsi" BMT-nin nümayəndə heyətinə təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31