Gündəm
Bakıda HORİZON-2020 proqramı üzrə yüksək səviyyəli ekspertlər iclası keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu oktyabrın 13-14-də Bakıda texnologiya və innovasiyalar üzrə beynəlxalq tədbir keçirəcək. Fondun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbir Avropa İttifaqının tədqiqat və innovasiyalar üzrə tanınmış “HORİZON-2020” Proqramı hüdudlarında fəaliyyət göstərən “Black Sea Horizon” (BSH) və “EaP PLUS” layihələri çərçivəsində Avropa Tədqiqat Zonaları Şəbəkəsinə (ERA.NET) daxil olan qurumların, Avropa İttifaqının üzvü olmayan Qara Dəniz Hövzəsi ölkələrinin və Şərq Tərəfdaşlığı ölkələrinin təmsilçilərinin və ekspertlərinin iştirakı ilə baş tutacaq.
Cavid Qurbanov: "Qazaxıstanın təcrübəsini öyrənmək bizim üçün vacibdir"
""Azərbaycan Dəmir Yolları" QSC-nin Qazaxıstanda nümayəndəliyinin açılması dəmir yolu sahəsində iki ölkə arasında əlaqələrin gələcək inkişafına istiqamətlənib". Trend bildirir ki, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Federasiya prezidenti Azərbaycana məğlubiyyəti həzm etmədi
Azərbaycanla matçda məğlubiyyəti ağlımızdan belə keçirmirdik. Ancaq oyun baxımından istədiyimizi meydanda sərgiləyə bilmədik. Apasport.az xəbər verir ki, bunu Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo deyib.
MTRŞ: "Bəzi serialların az qala yarısı gizli-açıq reklamdır"
Bəzi kanallar xəbər buraxılışlarında reklam xarakterli süjetləri adi xəbər kimi yayımlamaqla onun reklam mahiyyətini gizlətməyə çalışırlar ki, bu da yolverilməzdir. Bunu report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının şöbə müdiriTəvəkkül Dadaşov deyib.
Əli Kərimli mühacir biznesindən 100 min avro qazanıb
“Əli Kərimlinin mitinqində iştirak edənlərdən 50 nəfər Avropaya yaşamağa gedib. İndi bildiniz, niyə bir qrup gənc Əli Kərimlinin mitinqinə gedirdi? Şəkil çəkdirib, arayış alıb avropada yaşamaq üçün.
"Bozbaş pikçers"ə XƏBƏRDARLIQ: "Mentalitetə zidd davranışlar, zarafatlar, şitlik mövcuddur"
Milli Televiziya və Radio Şurası əvvəlki dövrlərdə aşağı səviyyəli yumorla, qara yumorla bağlı dəfələrlə kanallara xəbərdarlıqlar edib və problemləri aradan qaldırıb. Amma, təəssüf ki, hazırda da bu kimi hallar yenidən ortaya çıxmaqdadır.
1925-ci ildə Bermud üçbucağında itən "kabus gəmi" peyda oldu
Kubanın Karib dənizi sahillərində Bermud üçbucağında 90 il əvvəl itmiş gəmi tapılıb. Publika.az bildirir ki, bu barədə "Discover24" xəbər yayıb.
Türkiyədə dövlət çevrilişinə cəhd AŞPA sessiyasında müzakirə ediləcək
Bu gün Strasburqda Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) payız sessiyası başlayıb.
Sular çəkilincə əsrlik kənd ortaya çıxdı
Son illərin ən quraq günlərini yaşayan Kahramanmaraşda hər kəs bu hadisədən danışır. Milliyət bildirir ki, axar suların dayanması ilə 25 il əvvəl su altında qalaraq boşaldılmağına qərar verilən kənd quraqlıq səbəbiylə yenidən gün üzünə çıxıb.
AŞ PA: "Avropa Dağlıq Qarabağdakı münaqişəni həll etməlidir"
Dağlıq Qarabağda, Ukraynada və Gürcüstandakı münaqişələr tamamilə qəbuledilməzdir. Trend bildirir ki, bunu AŞ PA-nın sədri Pedro Aqramunt assambleyanın payız sessiyasının açılışında deyib.
Öz qızını 6 il boyunca zorlayan ataya HÖKM OXUNDU
Antalyada ata əqli əngəlli 21 yaşlı H.E. isimli qızına 6 il boyunca təcavüz etdi. Haberler.com bildirir ki, 47 yaşlı Əkrəm E.-yə 30 il həbs cəzası verilib.
Aşura günü ibadətgahlarda xüsusi monitorinqlər keçiriləcək
Azərbaycanda Aşura günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən məscidlərdən kənarda dini ayinlərin icrasının qarşısını almaq üçün xüsusi olaraq monitorinqlər keçiriləcək.
Daşkənddə "Xidmət sektoru və turizm: problemlər və perspektivlər" adlı konfransda Azərbaycan təmsil olunub
Cari il 6 oktyabr tarixində Daşkənd Dövlət İqtisadiyyat Universitetində Özbəkistanda keçirilən 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkası çərçivəsində "Xidmət sektoru və turizm: problemlər və perspektivlər" adlı konfrans keçirilib.
Elçin Hüseynbəyli yazır... ABŞ-ın müəmmalı Qarabağ mövqeyi...
ABŞ-ın dövlət katibi (həm də xarici işlər naziri) Con Kerrinin Qarabağ münaqişəsinin həllilə bağlı bədbin və müəmmalı proqnoz verməsi çoxlarımızı narahat etdi və təbii ki, ən böyük narahatlığı dövlətimiz, prezidentimiz və digər məsul şəxslər keçirdilər. Bu narahatlığı daha çox ölkə Prezidenti İlham Əliyev keçirdi və Nazirlər Kabinetinin üzvlərilə keçirdiyi cümə toplantısında geniş və aydın şəkildə ifadə etdi.
Azərbaycan etibarlı tərəfdaşa çevrilib
Azərbaycan müstəqilliyinin 25-ci ilini yaşayır. Ötən 25 il ölkənin həyatı üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Həm sevincli, həm də ağrılı günlərimiz oldu. Bütün bunlara rəğmən Azərbaycan seçib müəyyən etdiyi yoldan geri dönmədi. Bəs görəsən Azərbaycanın ötən 25 ildə əldə etdiyi uğurlar necə xarakterizə edilir?














