Əli Kərimli mühacir biznesindən 100 min avro qazanıb

“Əli Kərimlinin mitinqində iştirak edənlərdən 50 nəfər Avropaya yaşamağa gedib. İndi bildiniz, niyə bir qrup gənc Əli Kərimlinin mitinqinə gedirdi? Şəkil çəkdirib, arayış alıb avropada yaşamaq üçün.

"Əli Kərimlinin mitinqində iştirak edənlərdən 50 nəfər Avropaya yaşamağa gedib. İndi bildiniz, niyə bir qrup gənc Əli Kərimlinin mitinqinə gedirdi? Şəkil çəkdirib, arayış alıb avropada yaşamaq üçün. Əli Kərimlinin mühacir bizneslə məşğul olmağının növbəti sübutu". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı səsləndirib. Bildirib ki, bir müddət əvvəl isə bir neçə nəfər "Azadlıq" qəzetinin müxbiri, Holllandiyada yaşayan Fikrət Hüseynli tərəfindən aldadılaraq Avropaya aparılıb və onlardan 2000 avro pul alınıb: "Bütün bunlar açıq şəkildə ortalıqdadır. Əli Kərimlinin imzası və mitinq şəkili ilə yanaşı partiyanın arayışı da verilir. Əksər insanlar Avropada yaşamaq üçün bu cür yollara əl atırlar. Milli Şuranın 11 sentyabrından sonra 50 nəfərin mühacir etməsi faktı ilə bağlı ölkənin tanınmış saytı məlumat yayıb. Bu, mətbuata bəlli olan 50 nəfərin sayıdır. Ola bilsin ki, bu rəqəm daha çoxdur". Niyaməddin Orduxanlı deyib ki, 11 sentyabr mitinqindən sonra Əli Kərimli 50 nəfərə arayışın verilməsi müqabilində 100 000 avro qazanıb: "Əli Kərimli üçün əsas olan maddi gəlirin əldə edilməsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31