Gündəm
Sarkisyan qubernatorları istefaya göndərir
Ermənistanda qubernatorlar arasında kütləvi istefaların olacağı gözlənilir. Azvision.az bildirir ki, bu barədə Ermənistanın "Aykakan Jamanak" qəzeti xəbər yayıb.
Putin İstanbula gəldi
Rusiya prezidenti Vladimir Putin İstanbula səfərə gəlib. Bu barədə Trend-ə RİA Novosti-yə istinadən məlumat verir.
Prezident İlham Əliyev 23-cü Dünya Enerji Konqresində iştirak edir - YENİLƏNİB
Bu gün İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi çərçivəsində prezidentlərin iştirakı ilə xüsusi sessiya işə başlayıb.
Məktəblilər yazıçı Rafiq Savalanla görüşüb
Azərbaycanın tanınmış jurnalisti,yazıçı-publisist Rafiq Savalan Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin şagirdləri ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Tipli Səhmdar Cəmiyyətində baş tutan görüşdə yazıçı öz yaradıcılığı, peşə fəaliyyəti, bu günə qədər çalışdığı sahədə əldə etdiyi nailiyyətlər barədə məktəbliləri məlumatlandırıb. Sonda yazıçı Rafiq Savalan məktəbliləri maraqlandıran sualları cavablandırıb, onlara öz tövsiyyələrini verib.
BANM tələbələrinə sertifikatlar verildi
“OLAYLAR”-ın xəbərinə görə, “SOCAR-AQŞ”-də keçirilən Yay istehsalat təcrübəsi proqramının iştirakçılarının yekun təqdimat mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək bildirib ki, sənaye müəssisələrində təşkil olunan istehsalat təcrübə proqramları tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsənilməsində və onların bacarıqlı kadr kimi yetişməsində önəmli rol oynayır.
Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş sərgi keçiriləcək
Oktyabrın 14-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Muzeyimiz və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsi birgə Azərbaycan Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş “Gəncliyin seçimi – müstəqillik” adlı sərgi keçirəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin əsərləri nümayiş olunacaq. Tədbirdə Muzeyin direktoru Fəridə Şəmsinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun, Elm və yaradıcılıq işləri üzrə prorektoru, xalq rəssamı, professor Fuad Salayevin, beynəlxalq əlaqələr üzrə prorektoru, xalq rəssamı, professor Səlhab Məmmədovun, tədris və tərbiyə işləri üzrə prorektoru, professor Azad Zeynalovun, dekorativ-tətbiqi sənət fakültəsinin dekanı, dosent İmran Kərimovun çıxışları və Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin rəqs truppasının rəqsləri nəzərdə tutulub. Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.
AzTV-nin aparıcısının mənzili qarət edilib
Oktyabrın 9-da axşam saatlarında jurnalist Aydın Piriyevin Yasamal rayonunda yerləşən mənzili qarət edilib. Məlumata görə, zərərçəkən AzTV-nin əməkdaşıdır. Onun sözlərinə görə, oğru və ya oğrular onun mənzilinə pəncərəni sındırıraq daxil olublar. Mənzildən qızıl-zinyət əşyaları, noutbuk və qol saatları oğurlanıb. A.Piriyev faktla bağlı Yasamal Rayon Polis İdarəsinə (RPİ) müraciət edib. Hazırda faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, A.Piriyev AzTV-də “Parlaq Zəka” verilişinin aparıcısı və layihə rəhbəridir.
Mütəllim Rəhimli: “Tofiq Yaqublu öz etirazını ortaya qoyacaq”
“Ümumiyyətlə qeyd edim ki, Tofiq Yaqublu son zamanlar apardığı ardıcıl mübarizə və prinsipial mövqeyi ilə artıq digər mübarizə yoldaşlarından fərqlənir”. Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.
Ermənistanda qubernatorlar arasında istefa dalğası gözlənilir
Ermənistanda qubernatorlar arasında istefa dalğası gözlənilir. "Report" xəbər verir ki, bu barədə yerli "Aykakan jamanak" qəzeti yazıb.
Qadının bank hesabından pul oğurladı
Şəkidə qeyri-adi oğurluq hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 8-də rayon sakini Sumayə Həmidovanın bank hesabından 137 manat pul oğurlamaqda şübhəli bilinən həmyerlisi Təbriz Məcidov tutulub.
Baş nazir: "Rəsmi Ankara Suriya məsələsini həll etmək üçün Rusiya, ABŞ və İranı birləşdirmək istəyir"
"Rəsmi Ankara Suriya məsələsində böhranın həlli üçün öz rolunu Rusiya, ABŞ və İranı birləşdirməkdə görür". "Report" xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım "Sputnik" agentliyinə müsahibəsində deyib.
Bakıda quldurluqla məşğul olan şəxs saxlanıb
Bakıda quldurluq hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 8-də Bakı şəhər sakini Anatoliy Zeynalovun 3800 manat və 1000 ABŞ dolları pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Gəncə şəhər sakini Heydər Zeynalov tutulub. Araşdırma aparılır.
Bakıda maşın oğrusu saxlanıb
Oktyabrın 9-da paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Knyaz Çobanova məxsus “VAZ-21013” markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qax rayon sakini Elşad Mirzəyev saxlanılıb. A/raşdırma aparılır.
Nizami rayonunda bıçaqlama hadisəsi baş verib
Oktyabrın 9-da paytaxtın Nizami rayonunda bıçaqlama hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, rayon ərazisində Bakı şəhər sakini Zaur Ələsgərov münaqişə zəminində paytaxt sakini Fəttah Allahverdiyevə bıçaqla xəsarət yetirib. Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Ələsgərov tutulub.
Bakıda jurnalistikaya həsr olunmuş regional konfrans keçiriləcək
Oktyabrın 11-12-də Bakıda "Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, problemlər, perspektiv vəzifələr" mövzusunda regional konfrans keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a “ULUS” Fondundan daxil olub.














