BANM tələbələrinə sertifikatlar verildi

“OLAYLAR”-ın xəbərinə görə, “SOCAR-AQŞ”-də keçirilən Yay istehsalat təcrübəsi proqramının iştirakçılarının yekun təqdimat mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək bildirib ki, sənaye müəssisələrində təşkil olunan istehsalat təcrübə proqramları tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsənilməsində və onların bacarıqlı kadr kimi yetişməsində önəmli rol oynayır.

"OLAYLAR"-ın xəbərinə görə, "SOCAR-AQŞ"-də keçirilən Yay istehsalat təcrübəsi proqramının iştirakçılarının yekun təqdimat mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək bildirib ki, sənaye müəssisələrində təşkil olunan istehsalat təcrübə proqramları tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsənilməsində və onların bacarıqlı kadr kimi yetişməsində önəmli rol oynayır. O, "SOCAR-AQŞ"-də təcrübə imkanı qazanan tələbələrin qazma sənayesində özünəməxsus yeri olan və bu sahədə vaxtaşırı yeniliklər tətbiq edən bir müəssisədə iş prosesi ilə yaxından tanış olduqlarını bildirib. Tələbələrə yeni texnika və texnologiyaların tətbiqi, qurğulara nəzarət və idarəetmə sistemlərinin işi, texnoloji proseslər, quyu tikintisi proseslərini əyani görmək və peşəkar mütəxəssislərlə işləmək imkanı verilib. "SOCAR-AQŞ"-nin baş direktoru Ramin İsayev iki aylıq təcrübə proqramı çərçivəsində vaxtaşırı olaraq tələbələrlə görüşdüyünü, proqramın gedişatı və tərtib olunan tədbirlər planı haqqında tələbələrin rəyini öyrəndiyini deyib. Qeyd edək ki, bu il "SOCAR-AQŞ"-də yay istehsalat təcrübəsinə 425 tələbə müraciət edib, onlardan 109 nəfəri müsabiqələrə buraxılıblar. Yekunda 17 nəfər təcrübəçi olmaq şansı qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31