Bakıda HORİZON-2020 proqramı üzrə yüksək səviyyəli ekspertlər iclası keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu oktyabrın 13-14-də Bakıda texnologiya və innovasiyalar üzrə beynəlxalq tədbir keçirəcək. Fondun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbir Avropa İttifaqının tədqiqat və innovasiyalar üzrə tanınmış “HORİZON-2020” Proqramı hüdudlarında fəaliyyət göstərən “Black Sea Horizon” (BSH) və “EaP PLUS” layihələri çərçivəsində Avropa Tədqiqat Zonaları Şəbəkəsinə (ERA.NET) daxil olan qurumların, Avropa İttifaqının üzvü olmayan Qara Dəniz Hövzəsi ölkələrinin və Şərq Tərəfdaşlığı ölkələrinin təmsilçilərinin və ekspertlərinin iştirakı ilə baş tutacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu oktyabrın 13-14-də Bakıda texnologiya və innovasiyalar üzrə beynəlxalq tədbir keçirəcək. Fondun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbir Avropa İttifaqının tədqiqat və innovasiyalar üzrə tanınmış "HORİZON-2020" Proqramı hüdudlarında fəaliyyət göstərən "Black Sea Horizon" (BSH) və "EaP PLUS" layihələri çərçivəsində Avropa Tədqiqat Zonaları Şəbəkəsinə (ERA.NET) daxil olan qurumların, Avropa İttifaqının üzvü olmayan Qara Dəniz Hövzəsi ölkələrinin və Şərq Tərəfdaşlığı ölkələrinin təmsilçilərinin və ekspertlərinin iştirakı ilə baş tutacaq. Tədbirin həmtəşkilatçısı Yunanıstanda fəaliyyət göstərən "Regional və Beynəlxalq Elm, texnologiya və innovasiyalar üzrə Araşdırmalar və Dəstək Mərkəzi"idir (CeRISS). Tədbirin işində Avropadan (Avstriya, Yunanıstan, Almaniya, İtaliya, Hollandiya, Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Gürcüstan, Moldova, Türkiyə) və Azərbaycandan tanınmış ekspertlər iştirak edəcək. 2 gün davam edəcək iclasda Avropa İttifaqı ölkələri ilə bu İttifaqın üzvü olmayan Qara Dəniz Hövzəsi ölkələri və Şərq Tərəfdaşlığı ölkələrinin alimləri arasında elmi əməkdaşlığın perspektivləri, Avropa Tədqiqat Zonaları Şəbəkəsi (ERA.NET) üzrə müxtəlif tədqiqat proqramları (mədəni irs, bioiqtisadiyyat, materialşünaslıq, iqlim, qlobal urban və demoqrafiya problemləri) üzrə Avropa çərçivəsində birgə həll yolları məruzə ediləcək, Şərq Tərəfdaşlığı ölkələrinin təcrübəsi haqqında məlumat veriləcək, cari vəziyyət, problemlər, uğurlar və perspektivlər müzakirə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31