Gündəm

Sabunçuda ev yanıb

10 Oktyabr 2016 14:33

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 10:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ərzaq məhsullarının arasından güclü təsir edən maddə çıxdı

10 Oktyabr 2016 14:32

Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun əl yükünə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı vətəndaşa məxsus qarışıq ərzaq məhsulları olan əl yükünün içərisində, gömrük nəzarətinə bəyan olunmamış iki ədəd plastik flakonda, cəmi 554 həb “Tramadol” adlı dərman preparatı aşkar edilib.

Referendum AŞ PA Bürosu tərəfindən təsdiqləndi

10 Oktyabr 2016 14:30

Avropa Şurası Parlament Assambleyası Bürosu 10 oktyabr 2016-cı ildə Fransada, Strasburqda Makedoniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və 26 sentyabr 2016-cı ildə Konstitusiya islahatlarına dair referendumla bağlı Azərbaycan üzrə AŞPA qiymətləndirmə missiyasının rəhbəri, deputat cənab Aleksandar Nikoloskinin memorandumunu yekdilliklə təsdiqləyib.

Cahangir Hacıyev məhkəmədə son söz deyib

10 Oktyabr 2016 14:24

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Şok kadrlar: 4 qız 14 yaşlı məktəblini edam etmək istədi - VİDEO

10 Oktyabr 2016 14:21

Sən ona bir də yaxınlaşa bilməyəcəksən! Çünki indi sənin başını kəsəcəyik və elə burada da basdıracağıq!

Akif Nağı: “Azərbaycan axıradək öz mövqeyində qalacaq”- AÇIQLAMA

10 Oktyabr 2016 14:17

“Beynəlxalq qurumlar Azərbaycana qarşı təzyiq edir və ölkəmizi razı salmağa çalışırlar ki, Dağlıq Qarabağın müstəqilliyini tanısın. Yəni onlar olmayan biri şeyi Azərbaycana diqtə etməyə çalışırlar”. Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

"Ölkəmizin son 9 aydakı inkişaf göstəriciləri digərləri üçün nümunədir"- MÜNASİBƏT

10 Oktyabr 2016 14:15

“Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı əhatəli və dərin məzmunlu nitqində ölkəmizin həm daxili, həm də xarici siyasətinə dair prinsipial məsələlər öz əksini tapmışdı”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Elman Məmmədov: “Ermənistan Azərbaycanın qarşısında zəif və acizdir” 

10 Oktyabr 2016 14:13

“Azərbaycan Prezidenti diplomatiya, dövlətlərarasında olan danışıqlar, qayda-qanunlar xatirinə, danışıqlarda müəyyən məsələlərin açıqlanmaması şərtlərinə ən yüksək səviyyədə həmişə əməl edirdi. Amma artıq bu işğalçı dövlətin, onu havadarları olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin son dərəcə göstərdikləri həyazıslıq, qeyri-səmimilik, riyakarlıq, ədalətsizlik cənab Prezidenti məcbur etdi ki, o fikirləri səsləndirsin”.

Həmyerlisinin 3700 dollarlıq qızıl-zinət əşyalarını mənimsədi

10 Oktyabr 2016 14:11

Dələduzluqla üzləşən Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Elnur Ağayev redaksiyamıza müraciət ünvanlayıb. E.Ağayev bildirib ki, “Moskva” Univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Zaur Məmmədov onun etibarından sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb:

Dini Komitə Qusarda maarifləndirici tədbir keçirib

10 Oktyabr 2016 14:09

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusar şəhərində “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” adlı seminar-treninq keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə bildirilib ki, Qusar rayonunda dini sahədə aparılan tədbirlər artıq öz bəhrəsini verməkdədir. Belə ki, son zamanlar aparılan müşahidələr onu deməyə əsas verir ki, əsasən də gənclər arasında qeyri-ənənəvi təriqətlərə meyillilik halları azalıb və demək olar ki, tamamilə dayanıb.

20 İŞİD-çi öldürüldü

10 Oktyabr 2016 14:06

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində pilotsuz uçuş aparatlarının endirdiyi zərbələr nəticəsində İŞİD qruplaşmasının ən azı 20 yaraqlısı zərərsizləşdirilib.

Xorvatiya və Kosovo cəzalandırıla bilər

10 Oktyabr 2016 14:05

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) azarkeşlərin davranışlarına görə Xorvatiya və Kosovonı cəzalandıra bilər. Goal.az xəbər verir ki, buna Kosovo və Xorvatiya yığmaları arasında baş tutan 2018-ci il dünya çempionatının seçmə oyunu zamanı azarkeşlər tərəfindən anti-serb şüarlarının səsləndirilməsi səbəb ola bilər.

Pan Gi Mundan HƏYƏCAN TƏBİLİ: "Vəziyyət daha pisdir"

10 Oktyabr 2016 14:03

Qlobal istiləşmənin Arktika üçün nəticələri alimlərin təxmin etdiyi ən bədbin proqnozlardan da pisdir.

Xorvatiya prezidenti Azərbaycana gəlir

10 Oktyabr 2016 14:01

Xorvatiya Respublikasının prezidenti, xanım Kolinda Qrabar Kitaroviç oktyabr ayının sonuna yaxın Azərbaycana rəsmi səfər edəcək.

Beynəlxalq turnir keçirilib

10 Oktyabr 2016 14:00

Şamaxı Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə dünya çempionu Oleq Krapivinin şərəfinə beynəlxalq turnir keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, mərasimdə çıxış edən Şamaxı şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının rəsmiləri həmyerlimiz, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəri Oleq Krapivinin təşəbbüsü ilə keçirilən bu turnirin əhəmiyyətini qeyd edib, yeniyetmə güləşçilərin yarış təcrübəsinin artırılmasında və Ukrayna-Azərbaycan dostluq əlaqələrinin inkişafındakı xidmətindən danışıblar. Çıxış edənlər Oleq Krapivinin təşkilatçılığı ilə Ukraynanın paytaxtı Kiyevdə ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq güləş turnirinin də ildən-ilə nüfuz qazandığını vurğulayıblar.