Dini Komitə Qusarda maarifləndirici tədbir keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusar şəhərində “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” adlı seminar-treninq keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə bildirilib ki, Qusar rayonunda dini sahədə aparılan tədbirlər artıq öz bəhrəsini verməkdədir. Belə ki, son zamanlar aparılan müşahidələr onu deməyə əsas verir ki, əsasən də gənclər arasında qeyri-ənənəvi təriqətlərə meyillilik halları azalıb və demək olar ki, tamamilə dayanıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusar şəhərində "Dünyəvi dövlətdə din: Azərbaycan modeli" adlı seminar-treninq keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə bildirilib ki, Qusar rayonunda dini sahədə aparılan tədbirlər artıq öz bəhrəsini verməkdədir. Belə ki, son zamanlar aparılan müşahidələr onu deməyə əsas verir ki, əsasən də gənclər arasında qeyri-ənənəvi təriqətlərə meyillilik halları azalıb və demək olar ki, tamamilə dayanıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev qeyd edib ki, Azərbaycan dövləti unikal dövlət olaraq bütün dinlərin, məzhəblərin və etnik xalqların bir yerdə qardaşlıq şəklində yaşadığı məkandır. Bu, Azərbaycan dövlətinin gələcəyə dəqiq hesabladığı strateji planının tərkib hissəsidir.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov tədbirdə geniş məruzə ilə çıxış edib. O, bildirib ki, radikallığı təbliğ edən qüvvələr öz cinayət əməllərini din adına həyata keçirərək ona xüsusi don geyindirir və insanları bu ideologiyaya uymağa vadar edirlər. Məhz bu səbəbdən xeyli sayda gənc müxtəlif ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində vuruşaraq həlak olurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31