Beynəlxalq turnir keçirilib
Şamaxı Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə dünya çempionu Oleq Krapivinin şərəfinə beynəlxalq turnir keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, mərasimdə çıxış edən Şamaxı şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının rəsmiləri həmyerlimiz, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəri Oleq Krapivinin təşəbbüsü ilə keçirilən bu turnirin əhəmiyyətini qeyd edib, yeniyetmə güləşçilərin yarış təcrübəsinin artırılmasında və Ukrayna-Azərbaycan dostluq əlaqələrinin inkişafındakı xidmətindən danışıblar. Çıxış edənlər Oleq Krapivinin təşkilatçılığı ilə Ukraynanın paytaxtı Kiyevdə ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq güləş turnirinin də ildən-ilə nüfuz qazandığını vurğulayıblar.
10 Oktyabr 2016 14:00 SosialŞamaxı Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə dünya çempionu Oleq Krapivinin şərəfinə beynəlxalq turnir keçirilib. AGF-dən "OLAYLAR"-a bildirilib ki, mərasimdə çıxış edən Şamaxı şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının rəsmiləri həmyerlimiz, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəri Oleq Krapivinin təşəbbüsü ilə keçirilən bu turnirin əhəmiyyətini qeyd edib, yeniyetmə güləşçilərin yarış təcrübəsinin artırılmasında və Ukrayna-Azərbaycan dostluq əlaqələrinin inkişafındakı xidmətindən danışıblar. Çıxış edənlər Oleq Krapivinin təşkilatçılığı ilə Ukraynanın paytaxtı Kiyevdə ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq güləş turnirinin də ildən-ilə nüfuz qazandığını vurğulayıblar.
Sayca 4-cü dəfə təşkil olunan yarışda Respublikanın 32 rayon və şəhərindən, o cümlədən Ukraynadan ümumilikdə sərbəst güləş üzrə 300-ə yaxın yeniyetmə idmançı iştirak edib. Gərgin idman mübarizəsi şəraitində 10 çəki dərəcəsində keçən yarışlarda Qazax, Şamaxı, Masallı, Abşeron, Ağstafa, Şirvan, Astara, eləcə də Ukrayna təmsilçiləri fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Qaliblər yarışın təşkilatçıları tərəfindən diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb.