Şok kadrlar: 4 qız 14 yaşlı məktəblini edam etmək istədi - VİDEO

Sən ona bir də yaxınlaşa bilməyəcəksən! Çünki indi sənin başını kəsəcəyik və elə burada da basdıracağıq!

Sən ona bir də yaxınlaşa bilməyəcəksən! Çünki indi sənin başını kəsəcəyik və elə burada da basdıracağıq!

4 qız əl-ayağı bağlanmış"qurban"larını cəzalandırmaq fikrinə düşmüşdülər. Onlar 14 yaşlı qızın başını kəsməyə hazırlaşırdılar.

Milli.Az The Sun-a istinadən bildirir ki, olay Braziliyanın Qoyas ştatının mərkəzindəki Trinidadi şəhərində yaşanıb. Yaşları 13-16 arasında olan 4 qız eyni məktəbdə oxuduqları 14 yaşlı qızı "başqasının sevgilisinə aşiq olmaqda" suçlayaraq döyüblər. Onlar daha sonra "qurban"larını məktəbin kənarındakı uçuq tikilinin həyətinə aparıblar. Buradakı çuxuru genişləndirən qızlar "məzar" hazırlayıblar və 14 yaşlı qızı öldürərək bu çuxurdu basdırmaq istəyiblər.

Əlində maçete tutmuş 16 yaşlı qızın başçılıq etdiyi dəstənin iki üzvü məzarın üstünü torpaqla örtmək üçün bel gətirməyə gedəndə iki qız 14 yaşlı məktəblini vurmağa, aşağılamağa davam edib.

Başından zərbələr alan zavallı huşunu itirmək səviyyəsində idi. Bu zaman bel dalınca getmiş qızlar yoldaşlarını çağırıblar.

Tək qaldığını görən kimi 14 yaşlı qız qaçıb, ölümdən canını qurtarıb.

Polis 4 qızı həbs edib. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31