Gündəm
“Gəzən kitabxana III” layihəsinə start verildi
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) “2016-cı il Avropa Gənclər paytaxtı” çərşivəsində Gəncə şəhərində və “Şəmkir Gənclər Paytaxtı 2016” çərşivəsində Şəmkir rayonunda “Gəzən Kitabxana III” adlı layihənin həyata keçirilməsinə start verib. “OLAYLAR”-ın xəbərinə görə, Gənclər və İdman Nazirliyinin inzibati binasının qarşısından start götürən layihənin həyata keçirilməsində məqsəd gənclərin kitab oxumağa olan marağının artırılması, onların təmənnasız olaraq kitab və elektron kitab vəsaitləri ilə təmin olunmasından ibarətdir. Tədbirdə gənxlər və idman naziri Azad Rəhimov da iştirak edib. Nazir bildirib ki, 2013-cü ildən start götürən “Gəzən kitabxana” layihəsi gənclər arasında böyük marağa səbəb olub. Qeyd edib ki, 2013-cü il əzrində 16741 nəfər, 2014-cü il əzrində -18971 nəfər kitab oxunub.
35 uşağa sümük iliyi köçürülüb
“Artıq Azərbaycan sümük iliyi transplantasiyası əməliyyatları edən az sayda ölkələr siyahısına daxil olub. Bu mürəkkəb müalicə üsulu böyük investisiyalar, xüsusi şərait, yüksək ixtisaslı mütəxəssislər tələb edir.
Müxalifətdaxili inteqrasiya məsələləri müzakirə edilib
Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib. Partiyadan “OLAYLAR”-a bildirilib ki, iclasda ölkənin mövcud siyasi və sosial-iqtisadi vəziyyəti, yaranmış şəraitdə müxalifətdaxili inteqrasiya və cari məsələlər müzakirə olunub.
Mikayıl Cabbarov Ağdamda vətəndaşları qəbul edir
Təhsil naziri Mikayıl Cabbarov Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Olimpiya Kompleksində vətəndaşları qəbul edir. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərinin, həmin rayonlardamüvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciəti dinlənilir.
Moskvada müstəqilliyimizin 25 illiyi ilə bağlı esse müsabiqəsi keçirilib
Moskvada Azərbaycanın Dövlət Müstəqilliyimizin 25 illiyinə həsr olunan “Müasir Azərbaycanın müstəqilliyində Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda keçirilən esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib .
Nazir: “Azərbaycanda epidemioloji sabitlik təmin olunub”
Ölkənin epidemioloji vəziyyəti təkcə səhiyyənin deyil, həm də ümumi inkişafın göstəricilərindən biridir. Bu il region ölkələrində epidemioloji gərginliyə baxmayaraq, Azərbaycanda epidemioloji sabitlik təmin olunub”.
Dövlət hemodializ mərkəzində 3112 xəstə müalicə alır
“Ölkə səhiyyəsinin inkişafında, insanların sağlamlığının qorunmasında dövlət proqramları da mühüm rol oynayır.
Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
XİN Rusiyanın tanınmış musiqiçilərinin adını "qara siyahı"dan çıxarıb
Rusiyanın tanınmış musiqiçiləri Timur Temirov və Soso Pavliaşvili Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş ediblər.
Təranə ilə Musa bu FOTOya görə TƏHQİR EDİLDİLƏR
Musa və Təranə cütlüyünün paylaşdığı yeni foto başlarına bəla olub. Publika.az bildirir ki, bu fotoya görə sosial şəbəkə istifadəçiləri onları topa tutub.
Yol polisindən Aşurayla bağlı MÜRACİƏT
Aşura mərasimləri ilə əlaqədar Bakı şəhərində məcsidlərin yerləşdiyi ərazilərə bitişik küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinə nəzarət gücləndiriləcək.
"İlin sonuna neft 60 dollar olacaq"
Bu ilin sonuna neftin bir barelinin qiyməti 60 dollara çata bilər. Azvision.az bildirir ki, bunu XXIII Dünya Enerji Konqresində Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid əl-Falih deyib.
İdmançımız dünya çempionu oldu
Azərbaycan samboçusu Yaşar Nəcəfov Rumıniyanın Ploieşti şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatının qızıl medalına sahib çıxıb.
Görünməmiş RƏZALƏT: müəllimə 82 yaşlı qadını yerlə sürüdü
Azərbaycanda orta məktəb müəllimi 82 yaşlı həmkəndlisini döyüb. Hadisə Qazax rayonunda baş verib.
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar yüksək qiymətləndirilir
Ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi siyasət Azərbaycanı məlum dünya böhranından minimum itgilərlə çıxçasına şərait yaradıb. Lakin buna baxmayaraq dünya bazarında neftin qiymətinin aşağı düşməsi bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da antiböhran tərdbirlərinin gücləndirilməsini zəruri edib.














