Moskvada müstəqilliyimizin 25 illiyi ilə bağlı esse müsabiqəsi keçirilib

Moskvada Azərbaycanın Dövlət Müstəqilliyimizin 25 illiyinə həsr olunan “Müasir Azərbaycanın müstəqilliyində Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda keçirilən esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib .

Moskvada Azərbaycanın Dövlət Müstəqilliyimizin 25 illiyinə həsr olunan "Müasir Azərbaycanın müstəqilliyində Ulu öndər Heydər Əliyevin rolu" mövzusunda keçirilən esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib . "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Rusiyada təhsil alan tələbələr, zialılar, diaspor fəalları və rusiya ictimaiyətinin nümayəndələri iştirak ediblər . Azərbaycan Slavyan Gənclər Assosiyasiyasının Rusiya Nümayəndəliyinin təşkilatçılığı, Diasporla İş Üzrə Dövlət Komitəsi, Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah Fondunun və Ümumrusiya Azərbaycanlıları Konqresinin dəstəyi ilə təşkil olunan tədbirdə ilk öncə qaliblər müəyyənləşib. Qonaqları salamlayan və müsabiqə haqqında məlumat verən ASGA Rusiya Nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili tədbirin əhəmiyyətindən danııb. Bildirib ki, tədbirin təşkilində məqsəd Heydər Əliyev irsini və Ulu Öndərin Rusiya ilə Azərbaycan arasında olan xidmətlərini rusiyalı gənclərə və burada təhsil alan azərbaycanlılara aşılamaq və iki xalq arasındakı dostluğa öz töhfəmizi verməkdir. Daha sonra Rusiya Azərbaycan dostluq mərkəzinin rəhbəri Natalya Krasovskaya, Rusiya dövlət dumasının deputatı Rusiya Azərbaycan parlamentlər arası dostluq qrupunun rəhbəri Dimitri Savilyevin tədbirin təşkilatçılarına ünvanladığı rəsmi məktub oxunub. Azərbaycan mədəniyyətinin inkişafı və intibah fondunun sədri Şamil Tağıyev, Ümumrusiya Azərbaycanlıları konqresinin icraçı direktorunun müavini Rövşən Rəhimov, Müsabiqənin münsifləri Moskva Beynəlxalq Əlaqələr inistutunun müəllimi Professor Abuzər Bağırov, Azərbaycan və Rusiya yazıcılar birliyinin üzvləri Afaq Şıxlı və Maya Bədəlbəyli çıxış edərək tədbirin əhəmiyyətini və Azərbaycan və Rusiya gəncliyinin Heydər Əliyev şəxsiyyəti ilə yaxından tanış olmalarının önəmini vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31