Gündəm
Bazar nəzarət altındadır
Son həftələr ərzində ölkədə müşahidə edilən mənfi tendensiyalardan biri də ondan ibarətdir ki, istehlak məhsullarının qiymətlərində artım nəzərə çarpır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-sentyabr ayları ərzində istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz, o cümlədən ərzaq məhsulları 12,7 faiz, qeyri-ərzaq 15,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətləri 5,2 faiz bahalaşıb. 2016-cı ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,0 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,6 faiz yüksəlib.
"Made in Azerbaijan” brendini xarici bazarlara necə çıxarmaq olar?
Bir neçə gün öncə Prezident İlham Əliyev "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Aparılan dövlət siyasətinə dəstək olmalıdır
Son günlər cəmiyyətdə müzakirə predmeti olan məsələlərdən biri də əyalətlərdən birində valideynin öz övladına qarşı amansız rəftar nümayiş etdirməsi, ona qeyri-insani münasibət bəsləməsidir. Məlumat üçün qeyd edək ki, ölkə televiziyalarından birində efirə gedən verilişin əməkdaşları çəkiliş zamanı belə xoşagəlməz mənzərə ilə qarşılaşıb və bu yolla cəmiyyət məlum hadisədən xəbərdar olub.
Azərbaycan iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması sahəsində dönüş ili
Son aylarını yaşadığımız 2016-cı il dünya üçün ağır illərdən biri oldu. 2015-ci ilin sonlarından neft qiymətlərinin aşağı düşməsi qlobal miqyasda iqtisadi böhrana gətirib çıxardı və hazırda da böhran davam edir. Amma bütün bu çətinliklərə, problemlərə baxmayaraq Azərbaycan böhranı aradan qaldırmağa, onun təsirlərini minimum dərəcədə hiss etdirməyi. Məhz həyata keçirilən antiböhran tədbirləri ölkənin inkişaf tempini qoruyub saxlaya bildi. Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin çıxışında da bu amil özünü açıq-aşkar göstərdi. Prezident bildirdi ki, 2016-cı ilin 9 ayında Azərbaycan iqtisadiyyatı inkişaf edib. Belə ki, hesabat dövründə qeyri-neft sənayesi 3,6 faiz, kənd təsərrüfatı 2,4 faiz artıb. Sosial layihələr uğurla icra edilib. 29 məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub, böyük yol layihələri icra edilib, bir neçə şəhərdə içməli su layihələri başa çatdırılıb.
"Space" bağlanacaq? - MTRŞ-dan AÇIQLAMA
Rəqəmsal yayıma keçidlə əlaqədar "Space" Müstəqil Teleradio Şirkəti (Space TV) hazırlıq işlərini hələ də yekunlaşdırmayıb. "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, "Space TV"-də rəqəmsal yayıma hazırlıq işlərinə baxış keçirsə də, ancaq telekanalın buna hazır olmaması müəyyən edilib.
Beren Saat önəmli təklifi RƏDD ETDİ
Beren Saat "Möhtəşəm yüz il: Kösəm"də 6 ay çəkildikdən sonra layihədən ayrılmışdı. Axşam.az bildirir ki, o, istirahət üçün ABŞ-a gedərək yay aylarını Los-Ancelesdəki evlərində keçrimişdi.
Vətənpərvərlik mahnılarına həsr olunmuş müsabiqə keçirilib
Suraxanı Gənclər Evində Bakı şəhər Gənclər və İdman Baş idarəsi və Suraxanı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə orta məktəb şagirdləri arasında “Vətən səsi” vətənpərvərlik mahnıları mövzusunda müsabiqə keçirilib.
ASAN xidmət mərkəzlərində 6549 müraciət öz həllini tapıb
2016-cı ilin sentyabr ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarındakı və Gəncə şəhərindəki ASAN xidmət mərkəzlərinə ümumilikdə 6549 müraciət daxil olub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.
Terror aktı hazırlamaqda şübhəli bilinən şəxs tutuldu
Kemnitsdə terror aktı hazırlamaqda şübhəli bilinən 22 yaşlı suriyalı Cabir əl-Bəkr oktyabrın 10-na keçən gecə Leypsiqdə tutulub.
19 yaşayış məntəqəsini birləşdirəcək yol inşa olunur
Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən inşaat işləri davam etdirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun uzunluğu 39 km-dir.
“İş yerinə dair arayış” elektron xidmətinə müraciətlər artıb
Cari ilin 9 ayında “Elektron Hökumət” portalında e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub
Türkiyəni kürdlərə verdilər, Azərbaycanı isə... - Qərbin yanlışı, yoxsa hədəfi?
Almaniyada "reİF magazin" adlı jurnal Türkiyə xəritəsini Şimali İraq Kürd Muxtariyyətinin bayrağı ilə işarələyib. Publika.az bildirir ki, jurnal Avropadan kənar coğrafiyalarda çoxluq təşkil edən etnik qruplarla bağlı araşdırma aparıb.
Hülya Avşardan təəccübləndirən qərar
Türkiyənin məşhur müğənnisi Hülya Avşar təəccübləndirən qərar verib. "Gazetevatan" bildirir ki, qızı İngiltərədəki univeristetə qəbul olan Hülya tələbə olmaq qərarına gəlib.
Türkiyə ədliyyə naziri Fətullah Gülənin ekstradisiyasını müzakirə etmək üçün ABŞ-a gedəcək
Türkiyə ədliyyə naziri Bəkir Bozdağ Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə etmək üçün ABŞ-a gedəcək.
Asim Mollazadə: “Azərbaycanın dünyada nüfuzu getdikcə artır”
“Ümumiyyətlə Azərbaycan beynəlxalq təşkilatlarda beynəlxalq ictimai rəyi bölgədə baş verən hadisə ilə bağlı yetərincə məlumatlandıra bilir”. Bunu SİA-ya millət vəkili Asim Mollazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.














