Vətənpərvərlik mahnılarına həsr olunmuş müsabiqə keçirilib
Suraxanı Gənclər Evində Bakı şəhər Gənclər və İdman Baş idarəsi və Suraxanı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə orta məktəb şagirdləri arasında “Vətən səsi” vətənpərvərlik mahnıları mövzusunda müsabiqə keçirilib.
10 Oktyabr 2016 12:58 SosialSuraxanı Gənclər Evində Bakı şəhər Gənclər və İdman Baş idarəsi və Suraxanı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə orta məktəb şagirdləri arasında "Vətən səsi" vətənpərvərlik mahnıları mövzusunda müsabiqə keçirilib. Baş İdarədən "OLAYLAR"-a bildirilib ki, müsabiqə iştirakçılarının ifalarının qiymətləndirilməsi üçün 4 nəfərdən ibarət münsiflər heyəti təyin olunub. Tədbiri giriş sözü ilə Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov açaraq iştirakçıları müsabiqənin keçirilmə şərtləri ilə bir daha tanış edib və onlara uğurlar arzulayıb. İştirakçıları dinlədikdən sonra münsiflər heyətinin yekdil qərarına əsasən xarici dillər təmayüllü gimnaziya məktəbinin şagirdi Murad İbrahimov, 226 saylı orta məktəbin şagirdi Nərmin Talıblı və 280 saylı orta məktəbin şagirdi Tural Əmiraslanlı I yerə, 285 saylı orta məktəbin şagirdi Rəvan Şahmarlı, 196 saylı musiqi məktəbin şagirdi Fidan İbrahimli, 65 saylı orta məktəbin şagirdi Ülkər Məmiyeva II yerə, 87 saylı orta məktəbin şagirdi Mövsüm Salamzadə, 281 saylı orta məktəbin şagirdi Fatimə Şıxıyeva və 101 saylı orta məktəbin şagirdi Sadıq Əliyev III yerə layiq görülüblər. Qaliblər Baş İdarənin müvafiq dərəcəli diplomları ilə mükafatlandırılıblar.