Gündəm
Məhərrəmliyə etiraz edən müğənniyə CAVAB: "Necə olur ki, 11 ay vergidən yayınır..." - VİDEO
Axı biz niyə şəriət qanunları ilə yaşamalıyıq? Niyə ərəbin və farsın yasını tutmalıyıq? Niyə öz türklüyümüzü yaşamamılıyıq, 2 ay yas saxlamalıyıq?
Ebru Rza Zərrabla bağlı suallara nə cavab verdi?
Əri həbsdə olan müğənni Ebru Gündeş ötən gün restoranların birində səhnəyə çıxıb. Milli.Az "Cadde"yə istinadla bildirir ki, müğənni çıxışda jurnalistlərin Rza Zərrabla bağlı suallarını cavabsız qoyub. O, müxbirlərə "sağolun ki, gəldiniz" deyərək məkandan uzaqlaşıb.
Sabahın hava proqnozu açıqlanıb
Oktyabrın 11-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Azərbaycan 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasında təmsil olunub
Özbəkistanda 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkası təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sərginin əsas məqsədi Özbəkistanın, habelə dünya ölkələrinin turizm resurslarını təbliğ etmək, turizm şirkətləri arasında əlaqələri genişləndirmək, şirkətlər və turistlər üçün faydalı turpaketlər təqdim etməkdir.
Əhməd Şahidov: “Mən də bilet alıb İrəvana gedəcəm”
“Erməni ictimai fəal Vahe Avetian bu gün Azərbaycana gəlib. Sadəcə Bakıya bilet alıb və qonaq gəldiyini deyib. Hələ ki, hava limanındadır, Bakıya buraxılışına icazə verilməyib. Maraqlı vəziyyət yaranıb”. “OLAYLAR”-ın xəbərinə görə, məsələyə münasibət bildirən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, hüquq-müdafiəçisi Əhməd Şahidov erməni ictimai fəalın addımına cavab olaraq onun da Ermənistana gedəcəyini vurğulsayıb: “Mən də bilet alıb İrəvana gedəcəm, soruşsalar niyə gəlmisən, deyəcəm Dilqəm və Şahbazın vəziyyəti ilə yaxından tanış olmağa gəlmişəm. Demirsiniz, insan haqlarının sərhədləri olmur? Mən də sərhəd filan tanımadan gəlmişəm azərbaycanlı girovlara baş çəkməyə”.
MDB miqrasiya orqanlarının rəhbərləri Bakıya gəlir
Oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası keçiriləcək. “OLAYLAR”-ın Dövlət Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, Bakıda baş tutacaq iclasın gündəliyinə 18 məsələ daxil edilib.
Daxili İşlər Nazirliyi “102” Xidmətinə işçi axtarır
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DIN), növbətçi hissələri İdarəetmə Xidmətinin “102” Xidməti-Zəng Mərkəzində vakant olan kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
BMT-nin İnsan Hüquqları Komitəsinin 118-ci sessiyası keçiriləcək
Oktyabrın 17-də Cenevrədə BMT-nin İnsan Hüquqları Komitəsinin 118-ci sessiyası işinə başlayır. “OLAYLAR”-ın xəbərinə görə, hüquq müdafiəçisi Sahib Məmmədovun verdiyi məlumata görə, sessiyada Kolumbilya, Yamayka, Polşa, Mərakeş, Moldiva, Solovakiya ilə yanaşı Azərbaycan Respublikası da özünün 4-cü dövrü hesabatını təqdim edəcək. Azərbaycan SSRİ-nin subyekti olaraq 1973-cü ildən, beynəlxalq hüququn subyekti kimi 1992-ciildən Paktın yurisdiksiyası altındadır. Hesabatla bağlı Prezidentin sərəncamı ilə rəsmi nümayəndə heyəti müəyyən edilib. Azərbaycan üzrə dinləmələr 20-21 oktyabbrda BMT İnsan Hüquqları üzrə Ali Komissarın ofisində-Wilson Palace-də olacaq.
Sahibkarlar üçün təlim keçirilib
Müvəkkil Hüquq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əhali arasında “Açıq Hökumət”in təşviqi və vergi mədəniyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində Gəncə şəhərində sahibkarlar üçün təlim təşkil edib. Mərkəzdən “OLAYLAR”-a bildirilib ki, təlim Gəncə şəhəri İcra Hakimiyyətində keçirilib. “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda keçirilən təlimdə 10 sahibkar iştirak edib.
Mövqelərimiz atəşə tutulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub. İşğal altında olan Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında, həmçinin Goranboy, Füzuli, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Türmə rəsinin maşınına qumbara atılıb
Ermənistanda "Vanadzor" cəzaçəkmə müəssisəsinin rəisi Qevork Mkrtçyanın avtomobili qumbara ilə partladılıb. Azvision.az bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda deyilir.
Səhlab Bağırov: “Aşura günü müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin keçilməsinə imkan verilməyəcək”
Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.
5 yaş cavan göstərən saç düzümləri
Sofi Loren iddia edir ki, saç düzümü günün necə keçməsinə, dolayısı ilə də həyatın da necə keçməsinə ciddi təsir edir.
Atambayevin Putinin xəstəxanasına getməsinin sirri: Ərdoğandan ŞOK TƏLİMAT
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan prezidenti Almazbek Atambayevin Türkiyədə heç bir xəstəxanada müalicə edilməməsi barədə təlimat verib. Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu iddia ilə qırğızıstanlı millət vəkili Omurbek Tekebayev çıxış edib.
Səudiyyə Ərəbistanının enerji naziri: “Bazardan tələb gəlsə, neft hasilatını artıracağıq”
“Səudiyyə Ərəbistanı enerji sektoruna investisiyaları davam etdirəcək”. APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu sözləri İstanbulda öz işinə başlayan XXIII Dünya Enerji Konqresinin açılışındakı çıxışında Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falih deyib.














