Türmə rəsinin maşınına qumbara atılıb

Ermənistanda "Vanadzor" cəzaçəkmə müəssisəsinin rəisi Qevork Mkrtçyanın avtomobili qumbara ilə partladılıb. Azvision.az bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda deyilir. 

Ermənistanda "Vanadzor" cəzaçəkmə müəssisəsinin rəisi Qevork Mkrtçyanın avtomobili qumbara ilə partladılıb.

Azvision.az bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda deyilir. 

Komitənin məlumatına görə, cinayətkar Mkrtçyanın Vanadzordakı iqamətgahının qarşısında dayanan xidməti avtomobilinə qumbara atıb. Partlayış nəticəsində beton örtük və maşına zərər dəyib. 

Hadisə yerinə keçirilən baxış zamanı qumbaranın qalıqları aşkarlanıb. 

Faktla bağlı cinayət işi başladılıb. Qevorq Mkrtçyan zərərçəkmiş hesab olunub və ondan izahat alınıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31