MDB miqrasiya orqanlarının rəhbərləri Bakıya gəlir

Oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası keçiriləcək. “OLAYLAR”-ın Dövlət Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, Bakıda baş tutacaq iclasın gündəliyinə 18 məsələ daxil edilib.

Oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası keçiriləcək. "OLAYLAR"-ın Dövlət Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, Bakıda baş tutacaq iclasın gündəliyinə 18 məsələ daxil edilib.

Qeyd edək ki, MDB üzv ölkələrinin Miqrasiya Orqanları Rəhbərlərinin Şurası MDB Dövlət Başçıları Şurasının 5 oktyabr 2007-ci il tarixli Qərarı əsasında yaradılıb. MORŞ-un tərkibinə - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Tacikistan, Özbəkistan, Ermənistan Respublikaları və Rusiya Federasiyasının miqrasiya məsələlərinə məsul orqanlarının rəhbərləri daxildir. Azərbaycan Respublikasını Şurada Dövlət Miqrasiya Xidməti təmsil edir. Şura çərçivəsində ildə iki dəfə görüşlər keçirilir. Şuranın iclaslarında əsasən üzv dövlətlərdə miqrasiyanın vəziyyəti, MDB iştirakçı dövlətlərinin Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının və Miqrasiya Orqanları Rəhbərləri Şurasının qərarlarının icrası və miqrasiya proseslərinin tənzimlənməsinin prioritet istiqamət-ləri müzakirə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31