Azərbaycan 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasında təmsil olunub
Özbəkistanda 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkası təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sərginin əsas məqsədi Özbəkistanın, habelə dünya ölkələrinin turizm resurslarını təbliğ etmək, turizm şirkətləri arasında əlaqələri genişləndirmək, şirkətlər və turistlər üçün faydalı turpaketlər təqdim etməkdir.
10 Oktyabr 2016 12:24 SosialÖzbəkistanda 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkası təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, sərginin əsas məqsədi Özbəkistanın, habelə dünya ölkələrinin turizm resurslarını təbliğ etmək, turizm şirkətləri arasında əlaqələri genişləndirmək, şirkətlər və turistlər üçün faydalı turpaketlər təqdim etməkdir. Ölkəmizi Beynəlxalq sərgidə Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edir. Azərbaycanın Mədəniyyət Mərkəzinin təşkil etdiyi stenddə ölkəmizin turizm resursları, turizm mərkəzləri, marşurutları, hotellərə dair nəşrlər, milli mədəniyyətimizə, mədəni irsimizə dair materiallar, suvenirlər nümayiş etdirilib.