Müxalifətdaxili inteqrasiya məsələləri müzakirə edilib
Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib. Partiyadan “OLAYLAR”-a bildirilib ki, iclasda ölkənin mövcud siyasi və sosial-iqtisadi vəziyyəti, yaranmış şəraitdə müxalifətdaxili inteqrasiya və cari məsələlər müzakirə olunub.
10 Oktyabr 2016 13:55 SiyasətVətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, iclasda ölkənin mövcud siyasi və sosial-iqtisadi vəziyyəti, yaranmış şəraitdə müxalifətdaxili inteqrasiya və cari məsələlər müzakirə olunub. Ə.Əliyev referendumdan sonra növbədənkənar parlament və prezident seçkilərinin aktuallaşdığını vurğulayaraq partiya strukturlarının bu ehtmala hazır olmalarının vacibliyini vurğulayıb. Ə.Əliyev ölkə müxalifətinin indiki arzuolunmaz durumunda düşərgədaxili inteqrasiya məsələsinin aktuallaşdığını bildirib. O, VİP və Demokrat Partiyası (ADP) arasında əməkdaşlığın dərinləşdirilməsinə yönəlik ADP rəhbərliyi ilə məhsuldar müzakirələr aparıldığı haqda məlumat verib. Siyasi Şura üzvləri müxalifət partiyalarının təmərkəzləşməsi prosesinin labüdlüyünü önə çəkərək bu istiamətdə irəli sürülən təşəbbüslərin müdafiə olunduğunu bildiriblər. İclasda ADP ilə VİP arasında əməkdaşlıq konturlarının müəyyən edilməsi ilə bağlı partiya sədrinə səlahiyyətlər verilib. Bundan başqa, ikitərəfli sazişlə yanaşı, müxalifətdaxili inteqrasiyanın genişləndirilməsi, vasitə və hədəfləri uyğun olan müxalifət partiyalarının əməkdaşlığına təkan verəcək addımların atılması VİP sədrinə tövsiyə edilib.