Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar yüksək qiymətləndirilir

Ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi siyasət Azərbaycanı məlum dünya böhranından minimum itgilərlə çıxçasına şərait yaradıb. Lakin buna baxmayaraq dünya bazarında neftin qiymətinin aşağı düşməsi bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da antiböhran tərdbirlərinin gücləndirilməsini zəruri edib.

İlham Əliyev: "MDB məkanında biz həmişə olduğu kimi, birinciyik və bu liderliyi saxlayırıq"
 

Ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi siyasət Azərbaycanı məlum dünya böhranından minimum itgilərlə çıxçasına şərait yaradıb. Lakin buna baxmayaraq dünya bazarında neftin qiymətinin aşağı düşməsi bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da antiböhran tərdbirlərinin gücləndirilməsini zəruri edib. Məhz bunun nəticəsidir ki, Azərbaycanda ardıcıl olaraq iqtisadi islahatlar planı həyata keçirilir. Onu da qeyd edək ki, artıq sözügedən iqtisadi islahatlar öz nəticəsini verib. Yəni, Azərbaycanda nəinki iqtisadi dayanıqlıq təmin olunub, hətta iqtisadiyyatın dinamik inkişafına nail olunub, eləcə də rəqabətə davamlı ölkələr sırasında ön cərgələrdə bərqərar olub. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar dünyanın ixtisaslaşmış beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Belə ki, bu yaxınlarda dünyanın bir nömrəli iqtisadi forumu - Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görüb. Xatırladaq ki, Azərbaycanın bir il ərzində üç pillə irəliləyərək 40-cı yerdən 37-ci yerə yüksəlməsini təsadüfi hesab etmək sadəlövlük olardı. Böyük iqtisadi potensiala malik, zəngil ölkələrlə müqayisədə, özü də dünyada iqtisadi təlatümlərin hökm sürdüyü bir məqamda Azərbaycanın belə bir uğura imza atması heç şübhəsiz ki, görülən tədbirlərin nəticəsi kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, prezident İlham Əliyev də Azərbaycanın bu uğurunu yüksək qiymətləndirib: "Keçən il biz 40-cı yerdə idik, o da çox gözəl göstəricidir. Baxmayaraq ki, bu il dünyada böhran yaşanır və bizdən də yan keçməyib, Azərbaycan iqtisadiyyatı daha da yüksək qiymət alıb. Otuz yeddinci yerdə olmaq dünya miqyasında çox böyük və hesab edirəm ki, tarixi göstəricidir. MDB məkanında biz həmişə olduğu kimi, birinciyik və bu liderliyi saxlayırıq". Qeyd edək ki, Azərbaycanda həyata keçiririlən iqtisadi islahatlar fonunda milli iqtisadiyyatın dirçəldilməsilə yanaşı, yerli sahibkarların da fəaliyyətinə şərait yaradılır. Artıq dünyanın barmaqla sayılan ölkələri var ki, orada Azərbaycanda olduğu kimi sahibkarların fəaliyyətinə hər cür müdaxiləyə son qoyulub. Məhz bu praktikanın nəticəsidir ki, artıq milli sahibkarlar öz məhsulları ilə nəinki ölkə vətəndaşlarını təmin edir, hətta dünya bazarına çıxarılmasına nail olublar. Üstəlik, sahibkarlığın daha da inkişaf etdirilməsi, milli iqtisadiyatı qorumaq məqsədilə bəzi idxal məhsullar üçün nəzərdə tutulan vergilərin artırılması təmin olunub. Çox təəssüf ki, dövlət tərəfindən atılan bu addıma adekvat cavab vermək əvəzinə, bəzi sahibkarlar süni bahalaşma hallarına yol verirlər. Sahibkarlar baş verən qiymət artımını manatın devalvasiyası ilə əlaqələndirsələr də iqtisadi təhlillər tamamilə bunun əksini deyir. Maraqlı məqam ondan ibarətdir ki, bəzi hallarda nəinki idxal malların, eləcə də yerli məhsulların qiymətlərində də bahalaşmaya rast gəlinir. Məhz bu kimi amillər deməyə əsas verir ki, ölkədə qiymət artımı üçün heç bir iqtisadi əsas yoxdur, müşahidə olunan bahalaşma yalnız və yalnız sahibkarların maraqlarına xidmət edir. Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev süni qiymət artımına görə narazılığını ifadə edib: "Süni qiymət artımına yol verilməməlidir, çox ciddi nəzarət olmalıdır. Həm ictimai nəzarət, həm dövlət orqanları tərəfindən nəzarət daha da güclü olmalıdır. Çünki biz imkan verə bilmərik ki, hansısa natəmiz insanlar, möhtəkirlər qiymətləri süni şəkildə qaldırsınlar və beləliklə, insanlarımız bundan əziyyət çəksin. Əlbəttə ki, idxal olunan malların qiyməti dünya bazarlarında formalaşır. Əgər dünya bazarında Azərbaycanda istehsal olunmayan hansısa malın qiyməti artırsa təbii ki, bizdə də artacaq. Ona görə, biz çalışmalıyıq ki, idxaldan asılılığı maksimum səviyyədə azaldaq, yəni, minimum səviyyəyə endirək. Eyni zamanda, daxildə istehsal olunan ərzaq məhsullarının tərkibində xarici komponent də var. Biz o komponenti də azaltmalıyıq. Bu istiqamətdə işlər gedir". Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanda iqtisadi idarəetməninin təkmilləşdirilməsi, ixracın stimullaşdırılması, iqtisadiyyatın idxaldan asılılığının azaldılması istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Belə halda ölkədə süni qiymət arımının müşahidə olunması heç cür başa düşülən deyil. Aydın deyil ki, nədən xammalı və istehsalı yüz faiz yerli məhsullar hesabına başa gələn malların qiymətində artım olmalıdır? Belə məhsullarda qiymət artımı hansı iqtisadi əsaslara söykənir? Məlumat üçün qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib. Hətta belə hallara görə məsuliyyətə cəlb olunan konkret faktlar da mövcuddur. Lakin etiraf edilməlidir ki, təkcə inzibati tədbirlərlə süni qiymət artımının qarşısını almaq qeyri-mümkündür. Ekspertlər hesab edirlər ki, sini qiymət artımının qarşısını almaq üçün ilk növbədə inhisarçı şirkətlərin müəyyən edilməli, kartel sövdələşmələri aparan, bazarda rəqibləri zorla sıradan çıxardan şirkətlər üzərində ciddi nəzarət təmin edilməlidir. Ölkədə liberal bazarın tam şəkildə formalaşdırılmasına nail olmaqdan ötrü özəl sektora dəstək daha da artırılmalıdır. Bu həm də ölkədə ədalətli rəqabət mühitinin yaranmasına səbəb ola bilər. Nəticədə daxili bazara nəzarəti gücləndirməklə ən azından Azərbaycanda istehsal olunan məhsulların qiymətini stabil saxlamaq olar. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31