“Gəzən kitabxana III” layihəsinə start verildi

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) “2016-cı il Avropa Gənclər paytaxtı” çərşivəsində Gəncə şəhərində və “Şəmkir Gənclər Paytaxtı 2016” çərşivəsində Şəmkir rayonunda “Gəzən Kitabxana III” adlı layihənin həyata keçirilməsinə start verib. “OLAYLAR”-ın xəbərinə görə, Gənclər və İdman Nazirliyinin inzibati binasının qarşısından start götürən layihənin həyata keçirilməsində məqsəd gənclərin kitab oxumağa olan marağının artırılması, onların təmənnasız olaraq kitab və elektron kitab vəsaitləri ilə təmin olunmasından ibarətdir. Tədbirdə gənxlər və idman naziri Azad Rəhimov da iştirak edib. Nazir bildirib ki, 2013-cü ildən start götürən “Gəzən kitabxana” layihəsi gənclər arasında böyük marağa səbəb olub. Qeyd edib ki, 2013-cü il əzrində 16741 nəfər, 2014-cü il əzrində -18971 nəfər kitab oxunub.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) "2016-cı il Avropa Gənclər paytaxtı" çərşivəsində Gəncə şəhərində və "Şəmkir Gənclər Paytaxtı 2016" çərşivəsində Şəmkir rayonunda "Gəzən Kitabxana III" adlı layihənin həyata keçirilməsinə start verib. "OLAYLAR"-ın xəbərinə görə, Gənclər və İdman Nazirliyinin inzibati binasının qarşısından start götürən layihənin həyata keçirilməsində məqsəd gənclərin kitab oxumağa olan marağının artırılması, onların təmənnasız olaraq kitab və elektron kitab vəsaitləri ilə təmin olunmasından ibarətdir. Tədbirdə gənxlər və idman naziri Azad Rəhimov da iştirak edib. Nazir bildirib ki, 2013-cü ildən start götürən "Gəzən kitabxana" layihəsi gənclər arasında böyük marağa səbəb olub. Qeyd edib ki, 2013-cü il əzrində 16741 nəfər, 2014-cü il əzrində -18971 nəfər kitab oxunub.

Məlumat üçün bildirək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə açılışı həyata keçirilmiş "Gəzən kitabxana" layihəsi 2013-2014-cü illər ərzində uğurla reallaşdırılıb, minlərlə oxucu kütləsini əhatə edib. "Gəzən kitabxana" layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada beş min kitab və on min elektron nəşr var. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədi ilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd (azərbaycan, rus, ingilis və türk) dillərdə nəşrlər mövcuddur. Kitabxana iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31