Gündəm
Əri tərəfindən işgəncələrə məruz qalan qadının müəmmalı ölümü
Bərdədə müəmmalı şəkildə dünyasını dəyişən 3 uşaq anasının öldürüldüyü bildirilir Zemfira Paşayeva: ““Qız başını götürüb qaçıb yanıma gəlmişdi. Rəşad qızımın qolunda siqaret söndürürdü...” Oktyabrın 3-də Bərdə rayonu Qaradəmirçi kəndində baş vermiş ölüm hadisəsinin təfərrüatı məlum olub. Evdə meyiti tapılan 25 yaşlı Ağdam rayon sakini, 25 yaşlı Quliyeva Gülnar Xurşud qızının ailə üzvlərinin mənzildə olduğu üzə çıxıb.
Kafirlərdən dəhşətli qəddarlıq – Müsəlmanları bir yerə toplayıb əvvəlcə soyundurdular, daha sonra isə… -Video
Myanmanın Arakan bölgəsində buddistlər müsəlmanlara qarşı daha bir vəhşilik ediblər. Belə ki, müsəlmanları bir yerə toplayan buddistlər daha sonra onları soyundurublar. Soyundurulan müsəlmanlara işkəncə edilib. Sizinyol.com görüntüləri təqdim edir:
"İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər”
Bu gün inkişaf etmiş dövlətlərin qarşısında duran ən vacib məslələrdən biri ölkələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ibarətdir. Təəssüf ki, bir sıra enerji resurslarına malik ölkələrin əksəriyyəti buna tam hazır deyil. Azərbaycan isə nəinki öz ölkəsini enerji ilə təmin edir, hətta dünya ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır.
İqtisadi və siyasi islahatlar öz bəhrəsini verəcək
Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası, iclasda Azərbaycan Prezidenti İlham Əliyevin diqqət çəkdiyi bir sıra vacib məqamlar, eləcə də Azərbaycanın cari ilin sonuna qədər müşahidə ediləcək mümkün iqtisadi göstəriciləri ilə bağlı “Ekonimiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovun “OLAYLAR”-a müsahibəsi
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkə başçısının səsləndirdiyi iradlar öz təsirini göstərəcək
Azər Badamov: “Azərbaycanın qətiyyətli mövqeyi münaqişəni dondurmağa çalışan dairələrdə, vasitəçilərdə hərəkətliliyi artıracaq” Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Azər Badamovun “OLAYLAR”-a müsahibəsi. -Azər müəllim, həftə sonu prezidentin iştirakı ilə Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə dair iclası keçirildi. 9 ay ərzində Azərbaycanın sosial iqtisadi göstəricilərini necə dəyərləndirərdiniz?
Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib
Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində, eləcə də, coğrafi baxımdan Avropa və Asiya arasında yerləşməsi onun mədəni müxtəlifliyində öz rolunu oynamaqdadır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və təhlükəsizlik şəraitində bir ailə kimi yaşamışlar. Son vaxtlar təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər baş qaldırmışdır ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olmuşdur. Təəssüflər olsun ki, müasir dövrdə dünyanın müxtəlif yerlərində etnik, dini, məzhəb zəminində ayrı-seçkiliyin şahidi olur və bunu xalqların dinc şəraitdə bu cür təhlükələrlə qarşılaşdığını görürük.
Daşkənddəki "Diydor teatr studiyası"nda "Arşın mal alan" operettası nümayiş etdirilib
Özbəkistanın və Orta Asiyanın ən böyük kitab satışı və informasiya Mərkəzi olan "Kitab aləmi" Cəmiyyətində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası nümayiş etdirilib.
İstanbuldan Qərbə verilən mesaj
Bu günlər dünyanın diqqəti yenə də Türkiyədə idi. Belə ki, İstanbulda 23-cü Dünya Enerji Konqresi keçirilirdi. Oktyabrın 13-dək davam edəcək konqresin açılışına dünya liderləri də qatılmışdı. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan bu Konqres vasitəsilə rusiyalı həmkarı Vladimir Putini də ölkəsinə dəvət etmək imkanı qazanmışdı. Öz növbəsində Rusiya prezidenti bu imkandan istifadə etdi. Bu Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından və Ankaranın üzrxahlığından sonra iki liderin sayca 3-cü görüşü idi.
Azərbaycan Avropaya inteqrasiya etmir
Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər müstəqil daxili və xarici siyasət yürütməklə beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmlədə bilib. Bunun əsas səbələrindən biri Azərbaycan dövlətinin xalqın iradəsi ilə idarə olunmasıdır desək, heç də fikrimizdə yanılmarıq. Xatırladaq ki, Azərbaycanın müstəqil dövlət kimi qəbul ediyi Ana Yasasının ilk maddəsində bu məqamlar xüsusilə vurğulanıb: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”. Ölkə Konstitusiyasında həmçinin göstərilir ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir: “Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək; ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək”. İndi qətiyyətlə demək olar ki, başda Prezident İlham Əliyev olmaqla Azərbaycan dövləti tərəfindən qarşısına qoyulan bu niyyətləri təmin etmək məqsədilə yürüdülən siyasətə kənar müdaxilələrə yol verilmir.
“Türk axını” regionun enerji xəritəsini dəyişəcəkmi?
Bu günlərdə Türkiyənin İstanbul şəhərində keçirilən 23-cü Dünya Enerji Konqresi bir sıra vacib məqamları ilə yadda qaldı. "Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresində əsas diqqət çəkən məqam Azərbaycan, Rusiya və Türkiyə prezidentləri arasında baş tutan səmimi görüşlər oldu. Konqres çərçivəsində baş tutan başqa bir mühüm hadisə isə “Türk axını” ilə bağlı oldu. Belə ki, Rusiya və Türkiyə prezidentləri tərəfindən İstanbulda “Türk axını” ilə bağlı sazişə imza atıldı? Bəs görəsən Rusiyanın "Türk axını" ideyasının reallaşması regionun enerji xəritəsini necə dəyişəcək və Azərbaycana hansı mümkün təsirlər göstərəcək?
Ermənistanda polis rəisi işdən çıxarıldı
Ermənistanda Sünik vilayətinin polis rəisi Vaxtanq Avakyan işdən çıxarılıb. Milli.Az bu barədə azvision.az-a istinadən xəbər verir.
Emil Hüseynli: "Azərbaycan, Türkiyə və Rusiyanın strateji tərəfdaşlığı sabitliyə, inkişafa böyük töhfə verəcək"
"Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində bir araya gəlməsini prezident İlham Əliyevin geosiyasətdə uğuru kimi qiymətləndirmək olar".
Türkiyənin bu bazasını İsa peyğəmbər idarə edir – Amerikalı zabitin ŞOK İFADƏSİ
Türkiyədə “İncirlik” hərbi hava bazasındakı Amerikanın Hərbi Hava Qüvvələrinin komandiri polkovnik-leytenant Mixael Kersten bütün qərarlarının İsa peyğəmbərin göstərişi ilə verdiyini açıqlayıb.
İslam dininə lağ edən idmançının BAŞINA NƏLƏR GƏLDİ?
Britaniyalı gimnast Luis Smitin İslam dininə lağ etməsi ona baha başa gəlib.














