Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkə başçısının səsləndirdiyi iradlar öz təsirini göstərəcək
Azər Badamov: “Azərbaycanın qətiyyətli mövqeyi münaqişəni dondurmağa çalışan dairələrdə, vasitəçilərdə hərəkətliliyi artıracaq” Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Azər Badamovun “OLAYLAR”-a müsahibəsi. -Azər müəllim, həftə sonu prezidentin iştirakı ilə Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə dair iclası keçirildi. 9 ay ərzində Azərbaycanın sosial iqtisadi göstəricilərini necə dəyərləndirərdiniz?
11 Oktyabr 2016 13:48 MüsahibəAzər Badamov: "Azərbaycanın qətiyyətli mövqeyi münaqişəni dondurmağa çalışan dairələrdə, vasitəçilərdə hərəkətliliyi artıracaq"
Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Azər Badamovun "OLAYLAR"-a müsahibəsi.
-Azər müəllim, həftə sonu prezidentin iştirakı ilə Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə dair iclası keçirildi. 9 ay ərzində Azərbaycanın sosial iqtisadi göstəricilərini necə dəyərləndirərdiniz?
-2008-ci ildən kök salmış dünya iqtisadi böhranı davam etməkdədir. Demək olar ki, dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatları çətin vəziyyətdədir. İqtisadi artım yoxdur, işsizlik artmaqdadır. Dünya miqrant problem ilə üzləşmişdir. Neftin qiymətinin kəskin aşağı düşməsi neft istehsal edən ölkələrin iqtisadiyyatlarına mənfi təsir göstərmişdi. Dünyada baş verən bütün bu proseslər fonunda Azərbaycan iqtisadiyyat müsbətə doğru inkişaf dinamikasını qoruyub saxlaya bilmişdi. Cari ilin 9 ayında sənaye potensialımız 0,2 faiz, iqtisadiyyatımızın qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatımız 2,4 faiz artmışdı. Cari ilin 9 ayı ərzində ölkəmizdə 154 min yeni iş yeri yaradılmışdı. Sosial-iqtisadi investisiya layihələri davam etdirilmişdi. Ölkəmizin statistik göstəricilərinə nəzər yetiriləndə görürürük ki, Azərbaycan iqtisadiyyatı inkişafdadır və ilin sonuna qədər nəzərdə tutulmuş bütün proqnoz layihələr yerinə yetiriləcək. Mən, xüsusilə qeyd etmək istəyirəm ki, dünya iqtisadiyyatı çökdüyü bir zaman Azərbaycan iqtisadiyyatında müsbət tendensiyanın qorunub saxlanılmasının bünövrəsində ölkə başçısının vaxtında müəyyən etdiyi düzgün, uzaqgörən , gələcəyə hesablanmış , düşünülmüş iqtisadi siyasi kursu dayanır. Əgər vaxtında iqtisadiyyatın şaxələndirilməsi və sosial layihələrin icrası aparılmasaydı, Azərbaycan iqtisadiyyatı da ağır çətinliklərlə üzləşərdi. Bu gün ölkədə sosial infrastruktur formalaşmışdı, yeni-yeni sənaye istehsalı müəssisələri fəaliyyətə başlayır. Kənd təsərrüfatında köklü islahatlar həyata keçirilir. Demək olar ki, yaxın zamanlarda Azərbaycanın iqtisadiyyatının neftədən asıllığı tamamilə aradan qalxacaq və ixracatçı ölkəyə çevriləcək.
-Prezidentin iclasda diqqət yetirdiyi əsas məsələlərdən biri də Qarabağ problemi oldu və dövlət başçısı vasitəçiləri, beynəlxalq təşkilatları haqlı olaraq tənqid etdi. Sizcə, Azərbaycan prezidentinin bu haqlı iradları həmindairələrdə nə dərəcədə məsuliyyət hissini artıracaq və problemin həllinə diqqət yönələcək?
- Azərbaycan sözün əsil mənasında tam müstəqil ölkədir və əsdalətsizliklərə qarşı sərbəst şəkildə öz mövqeyini bildirir. Ölkəmiz inkişaf edir, bütün proqramlar vaxtında icra olunur. Amma, yeganə həll olunmamış, öz ədalətli həllini tapmamış və problem olaraq bizi narahat edən məsələ Qarabağ torpaqlarımızın işğal altında qalmasıdır. Cənab Prezdent başda olmaqla Azərbaycan dövləti beynəlxalq hüquq normalarına uyğun torpaqlarımızın işğaldan azad olunması istiqamətində mütəmadi iş aparır. Azərbaycanın beynəlxalq nüfuzu günü - gündən artır, tərəfdaşlarımız çoxalır. Dünyanın ən mötəbər iki təşkilatı İslam Əməkdaşlıq Təşkilatı və BMT-nin Qoşulmama Hərəkatı da Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün qərarlar qəbul edərək öz səylərini artırmışdı. Amma, təəsüf ki, dünyada ikili standartlar var və Dağlıq Qarabağ münaqişəsinin həllində də ikili yanaşmalar mövcuddur. Nazirlər kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Cənab Prezdent öz nitqində bütün bu məsələlərə tam aydınlıq gətirdi və həmin ölklərə ciddi mesajlar səsləndirdi. Cənab Prezdent qeyd etdi: "Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul , biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki icra edilmir." Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasında ölkə başçımızın səsləndirdiyi iradlar öz təsirini göstərəcəkdir. Bir il əvvəl Avropa Parlamentində də erməni lobbisinin əli ilə bizə qarşı qətnamə qəbul edilmişdi. Məsələyə ciddi mövqemizi bildirməyimiz münasibətləri dəyişmiş və bu yaxınlarda Avropa Parlamenti rəsmi bəyənat səsləndirərək Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirdi. Bu gün ölkə başçımızın bütün iradları beynəlxalq dairələr tərəfindən araşdırılır və görürlər ki, ədalət bizim tərəfimizdədir. Ona görə də onlar ən azından öz beynəlxalq hörmətini qorumaq üçün Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində sözünü deməlidirlər.
-Azərbaycan tərəfinin Daqğlıq Qarabağ problemi ilə bağlı növbəti dəfə qətiyyətli mövqe ortaya qoyması münaqişənin dondurulmasına çalışan dairələrdə, vasitəçilərdə diplomatik hərəkətliliyi artıracaqmı?
-Artıq beynəlxalq ictimaiyyət də bilir ki, Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsində israrlıdır və heç vaxt güzəştə getməyəcəkdir. Həm də onlar Azərbaycanın güclü hərbi potensialından da xəbərdardırlar. Həmin dairələr aprel hadisələrində də hərbi gücümüzün bir qisminin şahidi oldular. Ermənistan istəyir ki, münaqişə yenə dondurulsun və illərlə belə davam etsin. Amma, Azərbaycanın ciddi mövqeyi beynəlxalq dairələrə məlumdur və son vaxtlar onlar məsələnin həlli istiqamətində səylərini artmışdır. Biz, sadəcə səy göstərməklə vaxt uzadılmasına razı deyilik. Əgər proses yenə uzanarsa, Azərbaycan öz gücü ilə torpaqlarımızı işğaldan azad etməyə hazırdır və düşünürəm ki, Azərbaycanın qətiyyətli mövqeyi münaqişəni dondurmağa çalışan dairələrdə, vasitəçilərdə hərəkətliliyi artıracaqdır. Hər halda yaxın vaxtlarda biz bu hərəkətliliyin müşahidə ediləcəyinə ümid bəsləyirik.
Süleyman İsmayılbəyli