Gündəm

Binəli Yıldırım: "TANAP Avropa üçün çox vacib layihədir"

11 Oktyabr 2016 14:41

Transanadolu boru kəməri (TANAP) Avropa üçün çox vacib layihədir. Trend bildirir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Türkiyə Azərbaycanla birgə TANAP, "Şahdəniz", "Bakı-Tbilisi-Ceyhan" kimi layihələr həyata keçirir: "Bunun sayəsində Türkiyə enerji dəhlizlərinin mərkəzi qovşağına çevrilir".

Uşağın barmağında qalmış dəmir həlqə çıxarılıb

11 Oktyabr 2016 14:38

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər uşağın barmağında dəmir həlqə qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal müvafiq xilasediciləri hadisə yerinə cəlb olunublar. Təcili Tibbi Yardım Stansiyasının həkimlərinin nəzarəti altında dəmir həlqəni uşağın barmağından kəsib çıxarıblar. Əməliyyat gecə saat 22:50-də başa çatıb.

Sərhəddən mobil telefon keçirmək istədi 

11 Oktyabr 2016 14:35

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının üzərində gömrük yoxlaması aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin əynindəki pencəyin ciblərindən 8 ədəd “Samsung Galaxy Grand Prime” markalı mobil telefon, 8 ədəd qidalandırıcı element və 8 ədəd adapter başlığı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. 

Ölkəyə qeyri-qanuni yolla avtomaşın gətirilməsinin qarşısı alınıb

11 Oktyabr 2016 14:31

Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən ölkəyə qeyri-qanuni avtomobil gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzndən verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən aparılan yoxlama nəticəsində 10 oktyabr 2016-cı il tarixində sərhəd buraxılış məntəqəsindən Gürcüstan - Azərbaycan Respublikası istiqamətində hərəkət edən AR vətəndaşı 27.07.1977-ci il təvəllüdlü Məmmədov Azər Tofiq oğ-lunun idarə etdiyi “Ford Tranzit” markalı, 90-OT-790 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində olan şassi nömrəsi ilə dövlət qeydiyyat nişanı eynilik təşkil etmədiyi aşkarlanıb. Beləliklə, AR ərazisinə qeyri-qanuni yolla avtomaşın gətirilməsinin qarşısı alınıb. Hazırda əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Muzdla işləyənlərin sayı açıqlandı

11 Oktyabr 2016 14:29

2016-cı il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1520,2 min nəfər olmuş, onlardan 887,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 632,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Penitensiar xidmətin əməkdaşları “Kalaşnikov” aşkar ediblər

11 Oktyabr 2016 14:24

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməliyyat aparatlarının Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massivdə gizlədilmiş bir ədəd qundaqsız “Kalaşnikov” tipli avtomat, bir ədəd sandıq və on bir ədəd 7,62 kalibrli patron aşkar edilərək götürülmüşdür. Fakt üzrə Bakı şəhəri Qaradağ rayon Polis Idarəsində araşdırma aparılır. 

Gürcüstan parlamentinə seçilən azərbaycanlı deputat seçicilərinə söz verdi

11 Oktyabr 2016 14:22

Oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkilərində qələbə qazanaraq deputat seçilən Ruslan Hacıyev seçicilərinə minnətdarlıq mesajı ünvanlayıb. “OLAYLAR”-ın xəbərinə görə, Ruslan Hacıyev seçkilərdə inandıqlarına, etibar etdiklərinə və dəyərli səslərini ona verdiklərinə görə seçicilərə təşəkkür edib: “Sizin hər birinizin səsiniz mənim üzərimə götürdüyüm məsuliyyət yükünün göstəricisidir.

Müdafiə naziri cəbhə xəttində

11 Oktyabr 2016 14:20

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində olan Müdafiə Nazirliyinin rəhbərliyi artilleriyaçıların döyüş hazırlığını yoxlamaq məqsədilə ön xətdə yerləşən artilleriya hərbi hissə və bölmələrində olublar. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, raket və artilleriya qoşunları bölmələrinin şəxsi heyəti ilə görüşən nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığını, döyüş vəziyyətində tətbiqini, idarəetmə fəaliyyətini və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini yoxlayıblar. Müdafiə naziri artilleriya bölmələri tərəfindən real döyüş şəraitinə uyğun tapşırıqların icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

Çexiyalılar yığmamızın qələbəsini proqnozlaşdırırlar

11 Oktyabr 2016 14:18

DÇ-2018-in seçmə mərhələsində bu gün Ostrava şəhərində keçiriləcək Çexiya - Azərbaycan görüşünə yerli medianın marağı böyükdür. Apasport.az xəbər verir ki, bu ölkənin "sport.cz" saytı azarkeşlər arasında sorğu keçirib. 

Sarksiyanın "sağ əli" istefa verib, müxalifətə keçdi

11 Oktyabr 2016 14:17

Ermənistan prezidenti Serj Sarkisyanın parlamentdəki daimi nümayəndəsi, Prezident Aparatının sədr müavini Viktor Dallakyan vəzifəsindən istefa verib.

Yol qəzalarının əsas SƏBƏBİ

11 Oktyabr 2016 14:15

Azərbaycanda bu ilin 9 ayı ərzində qeydə alınmış yol-nəqliyyat hadisələrinin çoxu piyadaların vurulması ilə baş verib.

İntihar edən tələbə ilə bağlı Ali Neft Məktəbindən- AÇIQLAMA

11 Oktyabr 2016 14:13

Bakı Ali Neft Məktəbinin (BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib.

Azərbaycana insan hüceyrələrinin gətirilməsi ilə bağlı TƏKLİF

11 Oktyabr 2016 14:11

Azərbaycana gözün buynuz qişalarının, kök hüceyrələrinin, sümük iliyinin və digər insan toxumalarının gətirilməsi üçün Gömrük Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi təklif edilir.

Kamal Kılıcdaroğlu həbs oluna bilər

11 Oktyabr 2016 14:04

Türkiyənin əsas müxalifət partiyasının lideri Kamal Kılıcdaroğlu həbs oluna bilər.  Report bildirir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri barəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və oğlu Bilalın şikayəti əsasında "mətbuat vasitəsilə təhqir etmək" ittihamı ilə aparılan istintaq başa çatıb.   Türkiyə prezidenti ölkədə uğursuz dövlət çevrilişi cəhdindən sonra nümayiş etdirdiyi mövqeyinə görə K.Kılıcdaroğlu barəsində verdiyi şikayəti geri götürüb.  Ancaq B.Ərdoğanın şikayəti əsasında CHP sədri haqda 2 il 8 ay həbs cəzası tələbi ilə ittiham aktı hazırlanıb. 

AMEA ilə "Thomson Reuters" arasında əməkdaşlıq müqaviləsi imzalanıb

11 Oktyabr 2016 14:01

Azərbaycanın elm sahəsində dövlət siyasətini həyata keçirən ali elmi təşkilat olan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan "Thomson Reuters" təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.