Sərhəddən mobil telefon keçirmək istədi
Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının üzərində gömrük yoxlaması aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin əynindəki pencəyin ciblərindən 8 ədəd “Samsung Galaxy Grand Prime” markalı mobil telefon, 8 ədəd qidalandırıcı element və 8 ədəd adapter başlığı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
11 Oktyabr 2016 14:35 SosialRusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının üzərində gömrük yoxlaması aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin əynindəki pencəyin ciblərindən 8 ədəd "Samsung Galaxy Grand Prime" markalı mobil telefon, 8 ədəd qidalandırıcı element və 8 ədəd adapter başlığı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.