Gürcüstan parlamentinə seçilən azərbaycanlı deputat seçicilərinə söz verdi

Oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkilərində qələbə qazanaraq deputat seçilən Ruslan Hacıyev seçicilərinə minnətdarlıq mesajı ünvanlayıb. “OLAYLAR”-ın xəbərinə görə, Ruslan Hacıyev seçkilərdə inandıqlarına, etibar etdiklərinə və dəyərli səslərini ona verdiklərinə görə seçicilərə təşəkkür edib: “Sizin hər birinizin səsiniz mənim üzərimə götürdüyüm məsuliyyət yükünün göstəricisidir.

Ruslan Hacıyev: "Sizin səsinizi ölkənin qanunverici orqanında və yüksək tribunalarda çatdıracağam, problemlərin həlli istiqamətində əlimdən gələni edəcəyəm"

Oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkilərində qələbə qazanaraq deputat seçilən Ruslan Hacıyev seçicilərinə minnətdarlıq mesajı ünvanlayıb. "OLAYLAR"-ın xəbərinə görə, Ruslan Hacıyev seçkilərdə inandıqlarına, etibar etdiklərinə və dəyərli səslərini ona verdiklərinə görə seçicilərə təşəkkür edib: "Sizin hər birinizin səsiniz mənim üzərimə götürdüyüm məsuliyyət yükünün göstəricisidir. 56,13% (11463 səs) çoxluğu ilə parlamentin üzvü statusunu qazandım, sizin sayənizdə. Səsim-səsiniz olacaqdır. Sizin səsinizi ölkənin qanunverici orqanında və yüksək tribunalarda çatdıracağam, problemlərin həlli istiqamətində əlimnən gələni edəcəyəm, dövlətimizin həyata keçirdiyi layihələrin regionumuda da sürətli gerçəkləşməsi üçün çalışaacağam, hər biriniz üçün əlçatan deputat olacağıma söz verirəm. Mən, tək mənə səs verən seçicilərimin deyil, hər bir Gürcüstan vətəndaşının deputatı olacağam. Gürcüstanımızın uğuru və çiçəklənməsi üçün əlimnən gələni edəcəyəm. Allahın izni ilə sizə layıq deputat olmaq üçün var gücümlə çalışacağıma söz verirəm.Parlamentə üzv seçilən bütün həmkarlarımı təbrik edirəm, vətən üçün xeyirli olsun"

Daha sonra Ruslan Hacıyev qeyd edib ki, uzun müddətdir dövlətin, vətəndaşların, xalqın xidmətində olub, bir çox dövlət və qeyri dövlət müəssisələrdə çalışıb, hər zaman vəzifəmin məsuliyyətini hiss edərək işləməyə can atıb: "Vicdanımı dinləmişəm, hər mənə müraciət edən insan üçün yararlı olmağa çalışmışam, dövlətimə və xalqıma sadiq olmuşam. Gürcüstan Parlamentinə keçirilən seçkilərdə namizədliyim partiyamız tərəfindən irəli sürüldü, mənə olan bu etimad, inam ilk öncə dövlətimiz tərəfindən gəldi. Namizədliyim Marneulinin kəndlərindən verildi. Seçkiöncəsi görüşlərdə maksimum şəkildə çalışdıq hamınızla görüşək, sizi dinləyək, tanıyaq və özümüzü tanıdaq. Mən hər bir görüş zamanı sizə bir söz verdim- 4 ildən sonra mən seçicilərimin qarşısına alnı açıq çıxacağıma dair söz verdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31