Penitensiar xidmətin əməkdaşları “Kalaşnikov” aşkar ediblər
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməliyyat aparatlarının Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massivdə gizlədilmiş bir ədəd qundaqsız “Kalaşnikov” tipli avtomat, bir ədəd sandıq və on bir ədəd 7,62 kalibrli patron aşkar edilərək götürülmüşdür. Fakt üzrə Bakı şəhəri Qaradağ rayon Polis Idarəsində araşdırma aparılır.
11 Oktyabr 2016 14:24 SosialƏdliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməliyyat aparatlarının Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massivdə gizlədilmiş bir ədəd qundaqsız "Kalaşnikov" tipli avtomat, bir ədəd sandıq və on bir ədəd 7,62 kalibrli patron aşkar edilərək götürülmüşdür. Fakt üzrə Bakı şəhəri Qaradağ rayon Polis Idarəsində araşdırma aparılır.