Gündəm
İDDİA: Musa peyğəmbər Qırmızı dənizi ikiyə bölməyib – Tövratın tərcüməsində SƏHV OLUB
Həzrəti Musanın əsasını göyə qaldırıb Qırmızı dənizi ortadan ikiyə böldüyünü izah edən Tövrat hissəsinin əslində elmə dayandığı xəbəri yayılıb.
Musa Quliyev: “AŞPA-nın ədalətli qərarı böyük göstəricidir”
“Ümumiyyətlə Azərbaycanda sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi (referendum) çox şəffaf şəkildə həyata keçirildi. Azərbaycan xalqının böyük əksəriyyəti azad, demokratik şəkildə öz fikirlərini ifadə etdilər. Exit-poll həyata keçirildi və onun göstəriciləri ilə dairə seçki komissiyalarının göstəriciləri demək olar ki, üst-üstə düşdü. Şikayətlər və qanun pozuntusu olmadı. Beləcə Avropa Şurası və ölkəmizə gələn beynəlxalq müşahidəçilər hamısı seçkilərə öz müsbət rəylərini verdilər”. Bunu SİA-ya millət vəkili Musa Quliyev AŞPA missiyasının ölkəmizdə keçirilən referendumun nəticələrini müsbət qiymətləndirməsinə münasibət bildirərkən deyib.
Cümşüd Nuriyev: “Azərbaycanın Qarabağ məsələsində geri dönüşü yoxdur”
“Prezident İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dağlıq Qarabağ məsələsinin həll olunmamasının əsas səbəblərindən biri kimi işğalçı dövlətə himayədarları tərəfindən yardımın göstərməsini vurğulması ilə çalışdı ki, xalq bundan xəbər tutsun”. Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.
Mübariz Əhmədoğlu: “Azərbaycan hər an hərbi əməliyyatları tanıya bilər”
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında “Azərbaycan heç vaxt Dağlıq Qarbağın müstəqilliyinə imkan verməyəcək” fikirlərinə tam yanaşamaq lazımdır. Hesab edirəm ki, həmin müşavirədə dövlət başçısı beynəlxalq aləmə vacib bir mesaj verdi və öz fikrini çatdırdı”.SİA-nın məlumatına görə, bunu bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Nazarbayev xəstələndi, Bakıya səfər təxirə düşdü
Az əvvəl "İnterfaks-Azərbaycan" xəbər yayıb ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya planlaşdırılan səfəri təxirə düşüb. Bu barədə diplomatik mənbə bildirib.
Azərbaycanın ən uzun adamı: "Mən sənə deyirəm, get keçəl başına tük əkdir?" - VİDEO
Azərbaycanın ən uzun adamı Aqil Sadıqzadə A24.az-a videomüsahibə verib. Boyu 2.24 sm olan Aqil insanların sual dolu baxışlarından təngə gəldiyini bildirib.
Hələ belə bitli baş görülməmişdi - VİDEO
Qızının başındakı qaşınmadan fasiləsiz şikayətlənməsindən usanan ana onu gözəllik salonuna gətirmişdi. Ana qızının saçlarının bir qədər azaldılmasını istəyirdi.
Azərbaycan Suriyaya yardım göndərir?
Azərbaycanın Suriyaya humanitar yardım göndərməsi barədə məlumat yoxdur. Bunu Trend-ə açıqlamasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib.
İsrail Azərbaycanın multikultural dəyərlərini yüksək qiymətləndirir
“İsrail tərəfi Azərbaycanın multikultural dəyərlərini, ölkəmizin yəhudilərin öz mədəniyyətlərini inkişaf etdirməyə geniş imkan yaratmasını, onlara qarşı dünyanın heç bir yerində olmayan tolerant münasibətin göstərilməsini yüksək qiymətləndirir”.
Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edib
Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 11-də Göyçay rayonunda vətəndaşları qəbul edib. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonundan 30-a yaxın sakin iştirak edib. Qəbulda vətəndaşlar gənclər, idman sahələri, iş ilə təminat, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul, ipoteka kreditlərinin verilməsi və s ilə bağlı olub. İdman sahəsində edilən müraciətlər sırasında fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakına yardım göstərilməsi, idman mərkəzlərinin, Olimpiya İdman Komplekslərinin idman avadanlıqları ilə təmin edilməsi, rayonlarda Uşaq Gənclər İdman Mərkəzlərinin yaradılması, təmirə ehtiyac duyan idman mərkəzlərinin təmir edilməsi, hərbi vətənpərvərlik mövzusunda idman yarışlarının keçirilməsi və s ilə bağlı olub.
Merkel Putini şam yeməyinə dəvət etdi
"Normandiya dördlüyü"nə daxil olan ölkələrin dövlət başçılarının görüş vaxtı məlum olub. Azvision.az bildirir ki, bu barədə Rusiyanın Fransadakı səfiri Aleksandr Orlov "Europe 1" radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, görüş oktyabrın 19-da Berlində baş tutacaq.
Ermənistanda 131 deputatdan 16-sı milyonçudur
Müstəqil "Parliament Monitoring" qrupu Ermənistanda deputatların gəlir və əmlak bəyyanamələrini açıqlayıb. Azvision.az bildirir ki, qrupun açıqladığı məlumata əsasən, Ermənistan parlamentində əyləşən 131 deputatdan 16 nəfəri milyonçudur.
Dənizçilik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev İranın “Qadir dəniz nəqliyyatı holdinqi”nə daxil olan “Negin Kish İnternational Onshore & Development Company” şirkətinin (NKCo) direktorlar şurasının sədri M.Moghadamifərd, şirkətin baş direktoru A.Mohağheğri və kommersiya üzrə meneceri S.Hairzadə ilə görüşüb
Azərbaycanın dünyadakı mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük töhfə verir
“Son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin sayının artması ölkəmizin dünya mədəniyyətində mühüm rol oynadığının bariz nümunəsidir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri millət əkili Yevda Abramov yap.org. az saytına müsahibədə səsləndirib. O, bildirib ki, ölkəmiz son illər ərzində sivilizasiyalar arasında dialoqa həsr olunmuş mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib: “Bu kimi tədbirlər Azərbaycanın dünyadakı mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük töhfəsidir. Multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir”.
Ana bətnində məhv edilən qızlar - Bu gün onların günüdür
Oktyabrın 11-i Beynəlxalq Qız Uşaqları Günü kimi qeyd edilir. Bu günün dünyaya gələn qız uşaqları sabahın gənc qızları, analarıdır. Təəssüflər olsun ki, bəzi ölkələrdə qız uşağının dünyaya gəlməsi bir o qədər xoş qarşılanmır. Statistik məlumatlarda qız uşaqlarının sayının azaldığı qeyd edilir.













