Gündəm

“İRƏLİ” daha bir layihəyə yekun vurdu

11 Oktyabr 2016 12:49

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və "İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən "Ekoloji İncəsənət” layihəsinin təlimləri sona çatıb.

Müdafiə nazirindən ciddi xəbərdarlıq: "Düşmənin növbəti təxribatına cavab daha sarsıdıcı olacaq"

11 Oktyabr 2016 12:46

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində olaraq ön xətdə xidmət edən şəxsi heyətlə görüşüb. “OLAYLAR”-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək bildirib: "Azərbaycanın səylərinə baxmayaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmır.

Hava dəyişəcək - XƏBƏRDARLIQ

11 Oktyabr 2016 12:45

Bakı və Abşeron yarımadasında oktyabrın 12-də arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu 5-6 dərəcə düşüb

11 Oktyabr 2016 12:43

Bu gündən Azərbaycan ərazisindəhava şəraiti dəyişib, havanın temperaturu dünənə nisbətən 5-6 dərəcə düşüb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya açıqlamasında deyib ki, ölkəyə şimal-qərb istiqamətindən hava kütlələri daxil olub və belə sərin hava 3-4 gün ərzində davam edəcək.

Sarkisyan aprel döyüşlərinə görə Müdafiə Nazirliyini dağıdır

11 Oktyabr 2016 12:42

Ermənistanın Müdafiə Nazirliyində köklü islahatlar aparılır. Ölkə rəhbəri Serj Sarkisyanın yeni planına əsasən, Müdafiə Nazirliyinin mühüm səlahiyyətləri əlindən alınıb Baş Qərargaha veriləcək.

Maşallah Əhmədov məhkəmədə jurnalistlərin iştirakına etiraz etdi

11 Oktyabr 2016 12:40

Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Azərbaycanda Rusiya Kinosu Günləri başlanıb

11 Oktyabr 2016 12:39

Nizami Kino Mərkəzində Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın ölkəmizdəki səfirliyi, “Kinofest” Prodüser Mərkəzinin dəstəyi ilə Rusiya Kinosu Günlərinin açılışı olub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR” –a bildirilib ki, Rusiya kinosunun nümayəndələri – rejissor Sergey Bragin və “Kinofest” Prodüser Mərkəzinin direktoru Yuri Vasilyev iştirak etdikləri tədbirdə Renat Davletyarovun “Xalis incəsənət” filmi nümayiş olunub. Şəhərimizin sakinləri və qonaqları oktyabrın 11-də “Qəhrəman” (rejissor Yuri Vasilyev), oktyabrın 12-də “O əjdəhadır” (rejissor İndar Cendubayev), oktyabrın 13-də “Bizim qəbiristanlıqdan olan oğlan” (rejissorlar İlya Çijikov, Anton Çijikov), oktyabrın 14-də isə “Qutu” (rejissor Edvard Bordukov) filmlərinə baxa biləcəklər. Filmlər Nizami Kino Mərkəzinin böyük zalında, hər gün saat 18.30-da nümayiş olunacaq.

Qaradağda narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

11 Oktyabr 2016 12:37

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar Qaradağ rayonu 9 nömrəli Xüsusi İnternat məktəbində “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Salyan və Ağdaş rayonlarının daha iki kəndinə təbii qaz verilib

11 Oktyabr 2016 12:32

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi respublikada qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirləri uğurla davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Salyan və Ağdaş rayonlarının daha iki kəndinə təbii qazın verilişi bərpa edilib. 233 Salyanın abonenti olan Bəşirbəyli kəndinin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 18310 metrlik polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. 321 abonentlik Ağdaş rayonunun Aşağı Ləki kəndinə də yenidən təbii qaz verilib. Qazlaşdırma işləri zamanı 26968 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Ermənilər atəşkəsə əməl etmir

11 Oktyabr 2016 12:31

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Ceyms Uorlik: "Həmsədrlər prezidentlərin tezliklə görüşəcəyinə ümid edirlər"

11 Oktyabr 2016 12:26

"ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentləri ilə qarşıdakı görüşündə tərəflər daha əvvəl Vyana və Peterburqda qəbul edilən qərarları müzakirə edəcəklər".

"Dövlət sərhədini pоzan 59 nəfər saxlanılıb"

11 Oktyabr 2016 12:24

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sentyabr ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 36 halda 59 nəfər saxlanılıb. DSX-nın mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, оnların 25 nəfəri Azərbaycan, 15 nəfəri İran, 6 nəfəri Özbəkistan, 5 nə­fəri Banqladeş, 2 nəfəri Rusiya Federasiyası, 2 nəfəri Gürcüstan, hər ölkədən bir nəfər оlmaqla Ukrayna, Belçika, Uqanda, Keniya vətəndaşı оl­ub.

Avstriyalı jurnalist qanunsuz olaraq Qarabağa gedib

11 Oktyabr 2016 12:23

Avstriyanın "Profil" jurnalının əməkdaşı Martin Staudinger rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa səfər edib. Modern.az bildirir ki, səfərinin yekunu olaraq yazdığı "Cəbhə xəttində: Qarabağ ətrafında savaş" məqaləsində müəllif birtərəfli mövqe tutaraq aprel döyüşlərini Ermənistanın mövqeyindən işıqlandırır.

40 min adamı şərlədilər

11 Oktyabr 2016 12:10

"40 min nəfərin Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olması haqda xəbər verilib". Report bildirir ki, bu haqda Ankar Təhlüksizlik İdarəsi Terrora qarşı mübarizə İdarəsi məlumat yayıb. İnformasiyaya görə, dövlət çevirişinə cəhd edilən gündən, iyuln 15-dən indiydək 40 min nəfərin FETÖ-yə üzv olması haqda təhlükəsizlk qurumlarına məlumat verilib.

Mahmud Qurbanov: "1 xal yetər"

11 Oktyabr 2016 12:04

Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyununu bu gün Çexiyaya qarşı keçirəcək. Apasport.az xəbər verir ki, müsahibə verən millinin baş məşqçisi həm Norveçlə baş tutan ötən oyunu dəyərləndirib, həm də çexlərlə baş tutacaq matç barədə danışıb.