“İRƏLİ” daha bir layihəyə yekun vurdu
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və "İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən "Ekoloji İncəsənət” layihəsinin təlimləri sona çatıb.
11 Oktyabr 2016 12:49 SosialAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və "İRƏLİ" İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən "Ekoloji İncəsənət" layihəsinin təlimləri sona çatıb. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, layihənin həyata keçirilməsində məqsəd gənclərin ekoloji sahədə maarifləndirilməsi, ətraf mühitin mühafizəsi və məişət tullantılarının düzgün idarə olunması məsələləri haqqında gənclər arasında informasiyanın yayılmasına dəstəkdir. Həmçinin tullantıların təkrar emalı və onlardan hazırlanan incəsənət nümunələrini gənclərə nümayiş etdirmək əsas məqsədlərdən biridir. Layihə müddətində 1-ci gün gənclərə "Eco Solutions" şirkətinin əməkdaşı Süleyman Əliyev tərəfindən "Tullantıların İdarə Olunması və Çeşidlənməsi" mövzusunda təlim keçirilib. Layihənin 2-ci günü Təmiz Şəhər ASC-nin əməkdaşı Sabit Zeyniyev gənclərə Azərbaycanda tullantıların idarə olunması metodları haqqında təqdimat keçirmişdir. Və nəhayət sonuncu gün Təmiz Şəhər ASC-nin əməkdaşı Faiq Məmmədov gənclərə "Azerbaycanda yashil enerji layihələri:Balaxanı Sənaye Parkı" mövzusunda təlim keçib və gənclərin suallarını cavablandırıb. Qeyd edək ki, təlimdə 30 nəfər gənc iştirak edib. İştirakçılar "Ekoloji İncəsənət" layihəsi çərçivəsində tullantılardan hazırlanan sənət əsərlərinin nümayiş olunduğu sərgidə iştirak edib. Sonda istirakçılar sertifikatla təltif olunublar