Havanın temperaturu 5-6 dərəcə düşüb

Bu gündən Azərbaycan ərazisindəhava şəraiti dəyişib, havanın temperaturu dünənə nisbətən 5-6 dərəcə düşüb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya açıqlamasında deyib ki, ölkəyə şimal-qərb istiqamətindən hava kütlələri daxil olub və belə sərin hava 3-4 gün ərzində davam edəcək.

Bu gündən Azərbaycan ərazisindəhava şəraiti dəyişib, havanın temperaturu dünənə nisbətən 5-6 dərəcə düşüb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya açıqlamasında deyib ki, ölkəyə şimal-qərb istiqamətindən hava kütlələri daxil olub və belə sərin hava 3-4 gün ərzində davam edəcək.

Onun sözlərinə görə, yaxın günlərdə də havanın temperaturu ötən günlərlə müqayisədə 3-4 dərəcə aşağı olacaq, 21-24 dərəcə civarında dəyişəcək: "Ondan sonra da havanın temperaturunun yüksəlməsi gözlənilmir, əksinə getdikcə düşəcək. Oktyabrın 9-10-da olan istilər daha olmayacaq və əsl payız havası başlayır".

M. Həsənov qeyd edib ki, oktyabr ayında günlərlə davam edən narın yağışlar olacaq: "Leysan yağışlar adətən may-iyun və sentyabr aylarında müşahidə olunur. Bundan sonra yağışların leysan xarakterli olma ehtimalı azdır. Payız fəslində aramsız narın yağışların olması daha çox müşahidə olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31