Gündəm

İngiltərə millisində kapitan dəyişdi

11 Oktyabr 2016 12:02

İngiltərə millisində kapitan dəyişib. Qol.az  xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində bu gün keçiriləcək Sloveniya oyundan etibarən kapitan sarğısını Ueyn Runi yox, Yordan Henderson taxacaq.

"Rusiya ABŞ-la dialoqdan imtina etmir"

11 Oktyabr 2016 12:00

"Rusiya Suriya böhranı ilə əlaqədar ABŞ-la dialoqdan imtina etmir". APA bildirir ki, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bəyan edib.

İbrahimdən Rzaya DƏSTƏK: "Başımı kəssələr, yalan demərəm"

11 Oktyabr 2016 11:57

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. Milli.Az "Sözcü"yə istinadla bildirir ki, o, hazırda Amerikada həbsdə olan Rza Zərrabla bağlı fikirlərini bölüşüb: "Mən sizə nə vaxt yalan demişəm ki, indi deyim... Mən sizdən həmişə doğruluğu öyrənmişəm, ona görə də başımı kəssələr, yalan demərəm. 17-25 dekabrda Rza qardaşıma oğrudur dedilər, mən də "o, oğrudursa, mən də oğruyam" dedim. Nəticə nə oldu bəs? Mənim dediyim oldu. 17-25 dekabr məsələsi yavaş-yavaş həll olunur. Deməli, sizin İbonuz gerçəkləri deyib. Allah qurtarsın. İndi o, günahsız yerə Amerikada həbsdədir. Amma ilahi ədalət deyilən bir şey var. Mən buna inanıram. Allah böyükdür."

Fətullah Gülən evlənir

11 Oktyabr 2016 11:55

Ərdoğan Putini şəxsən özü yola saldı

11 Oktyabr 2016 11:53

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbula səfərə gələn Rusiya lideri Vladimir Putinə jest edib. Azvision.az-a istinadən bildirir ki, Ərdoğan Beşiktaşdakı Yıldız Sarayı Mabeyn Köşkündən Putini avtomobilinə kimi müşayiət edib və onu şəxsən özü yola salıb.

Polis rəisindən dələduzluq yolu ilə 200 min manat alan qadının şikayətinə baxılır

11 Oktyabr 2016 11:31

Bakı Apellyasiya Məhkəməsində sabiq polis rəisinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aygün Babaşovanın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

FED-in uçot dərəcəsini artırması ehtimalı yüksəlir, dollar iki sessiya ardıcıl bahalaşır

11 Oktyabr 2016 11:30

ABŞ dollarının avroya qarşı məzənnəsi ikinci sessiya dalbadal möhkəmlənir. "APA-Economics" xəbər verir ki, buna səbəb Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin artırılması ilə bağlı gözləntilərin artmasıdır.

Türkiyədə daha bir terror: AKP rəhbəri öldü

11 Oktyabr 2016 11:28

Türkiyənin Diyarbakır vilayətində PKK yaraqlıları hökumət orqanlarına silahlı hücum təşkil edib.

Nazarbayev Azərbaycandan Ermənistana gedəcək

11 Oktyabr 2016 11:26

Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistana rəsmi səfər edəcək.

Aşura günü qanvermə aksiyası keçiriləcək ƏRAZİLƏR

11 Oktyabr 2016 11:23

Azərbaycanda Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı açıqlanıb. Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, qanvermə ölkə üzrə Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankından başqa, 14 məsciddə təşkil olunacaq.

“Metyu” qasırğası Haitidə 100 mindən çox uşağı məktəbsiz qoydu

11 Oktyabr 2016 11:24

“Metyu” qasırğasının tüğyan etdiyi Haitidə 100 mindən çox uşaq məktəbsiz qalıb. Anadolu agentliyinin məlumatına görə, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) açıqlama verib. Açıqlamada ən azı 300 məktəbin qismən və ya tamamilə zərər gördüyü, bir çox məktəbin isə ailələr üçün sığınacaqlara verildiyi qeyd edilib. BMT-nin Humanitar Yardım Koordinasiya Ofisi isə qasırğa səbəbi ilə Haitidə ən azı 900 adamın həyatını itirdiyini və 11 milyonluq əhalinin yarısının qasırğadan ziyan çəkdiyini bildirib.

Kaliforniyada yəhudi din xadiminin Xocalı soyqırımına dair kitabı nəşr olunub

11 Oktyabr 2016 11:21

ABŞ-ın Los Anceles şəhərində yaşayan yəhudi din xadimi Ravvin İsrael Barukun (Israel Barouk) qələmə aldığı, Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törədilmiş bəşəri cinayətləri əks etdirən kitab bu günlərdə işıq üzü görüb. SIA-nın məlumatına görə, Kaliforniya ştatında fəaliyyət göstərən “Berkley Press” nəşriyyatı tərəfindən çap edilmiş kitab “Xocalı: İnsanlığa qarşı cinayət” (Khojaly: A Crime Against Humanity) başlığını daşıyır.     

Aİ-Azərbaycan alt komitələrinin iclası başlayır

11 Oktyabr 2016 11:20

Avropa İttifaqı- Azərbaycan alt komitələrinin Bakıda keçiriləcək iclaslarının tarixi açıqlanıb. SİA-ya Aİ-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, oktyabrın 12-də ədliyyə, azadlıq və təhlükəsizlik məsələləri üzrə alt komitənin iclası olacaq.

Geyim seçəndə SONSUZLUQ haqda da düşünün

10 Oktyabr 2016 19:54

Geyinmək, bəzənib-düzənmək qadınların ən sevimli məşğuliyyətidir. Xanımlar geyim seçərkən ilk olaraq paltarın və ya ayaqqabının rənginə, modelinə, brendinə, hətta  qiymətinə belə  diqqət edirlər. Amma çox təsadüfi hallarda seçdikləri geyimin sağlamlığa nə kimi zərər verəcəyini düşünürlər. Bəlkə də heç düşünmürlər - "Dəbli olsun və mənə yaraşsın, vəssalam".