“Metyu” qasırğası Haitidə 100 mindən çox uşağı məktəbsiz qoydu
“Metyu” qasırğasının tüğyan etdiyi Haitidə 100 mindən çox uşaq məktəbsiz qalıb. Anadolu agentliyinin məlumatına görə, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) açıqlama verib. Açıqlamada ən azı 300 məktəbin qismən və ya tamamilə zərər gördüyü, bir çox məktəbin isə ailələr üçün sığınacaqlara verildiyi qeyd edilib. BMT-nin Humanitar Yardım Koordinasiya Ofisi isə qasırğa səbəbi ilə Haitidə ən azı 900 adamın həyatını itirdiyini və 11 milyonluq əhalinin yarısının qasırğadan ziyan çəkdiyini bildirib.
11 Oktyabr 2016 11:24 Dünya"Metyu" qasırğasının tüğyan etdiyi Haitidə 100 mindən çox uşaq məktəbsiz qalıb. Anadolu agentliyinin məlumatına görə, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) açıqlama verib. Açıqlamada ən azı 300 məktəbin qismən və ya tamamilə zərər gördüyü, bir çox məktəbin isə ailələr üçün sığınacaqlara verildiyi qeyd edilib. BMT-nin Humanitar Yardım Koordinasiya Ofisi isə qasırğa səbəbi ilə Haitidə ən azı 900 adamın həyatını itirdiyini və 11 milyonluq əhalinin yarısının qasırğadan ziyan çəkdiyini bildirib.