Fətullah Gülən evlənir
11 Oktyabr 2016 11:55 DünyaTürkiyə mediası FETÖ lideri Fətullah Gülənin evlənəcəyi ilə bağlı məlumat yayıb.
Qafqazinfo bildirir ki, bu barədə jurnalist Fuat Uğur iddia irəli sürüb. Onun sözlərinə görə, Gülən Türkiyədə dövlət çevrilişi baş tutduqdan sonra evlənməyi planlaşdırmışdı. Çevriliş cəhdinin uğurlu olacağına əmin olduğu üçün gələcək həyat yoldaşını 6 ay öncədən seçmişdi.
Jurnalist bildirib ki, artıq toy hazırlıqlarına başlanılıb. ABŞ-da prezident seçkiləri istədiyi kimi olarsa, yəni Hillari Klinton seçilərsə, Gülən bu ölkədə, əks təqdirdə sığınacaq üçün müraciət edəcəyi üçüncü ölkədə evlənəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31